Türkiyə paytaxtı Ankaranın Kızılay bölgəsində 37 nəfərin öldüyü qanlı hücumu reallaşdıran terrorçunun PKK terror təşkilatı üzvlüyünə görə mühakimə olunan universitet tələbəsi 24 yaşlı Səhər Çağla Dəmiri olduğu bildirilmişdi.
Baki-xeber.com xəbər verir ki, qadın terrorçu Səhər Çağla Dəmirin ailə üzvləri də saxlanılıb. Onun atası və qardaşından DNT müqayisəsi üçün qan nümunəsi götürülüb.
Qadının Tekirdağda yaşayan atası qızı ilə 2013-cü ildən bəri görüşmədiyini bildirib: "Universitetə gedən tək uşağım idi. Polislər gəldi, xəstəxanaya getdik və DNT testi üçün nümunə götürdülər".
"Qızım 2012-ci ildə Balıkəsir universitetinə qəbul oldu. Daha sonra ondan xəbər ala bilmədik. Polisə müraciəti də etdik. Amma belə bir hadisəyə qarışıbsa onun cənazəsini də qəbul etmirəm" - deyə qadın terrorçunun atası bildirib.