ABŞ prezidenti Barak Obama Putin və dünyanı narahat edən ən ciddi problemlərlə bağlı maraqlı açıqlamalar verib. ABŞ-da 158 ildir nəşr olunan "The Atlantic" jurnalına danışan Obama Putinin rəsmi əlaqələrdə "pis" biri olmadığını, əksinə "mədəni və çox açıq sözlü olduğunu" bildirib.
Baki-xeber.com xəbər verir ki, "Obama Doktrinası" başlıqlı yazıda Obama Putinin görüşlərə gecikməsi vərdişinə də toxunaraq "Məni heç vaxt, başqaları kimi iki saat gözlətmir" – deyə bildirib. O, Putinlə görüşlərinin "son dərəcə işgüzar" olduğunu vurğulayıb.
Obamaya görə, Ukrayna və Suriyaya hərbi müdaxilə Rusiyanın öz daxilindəki problemlərdən diqqəti yayındırmaq cəhdidir: "Putin axmaq deyil, bunun Rusiyanın dünyadakı mövqeyini zəiflətdiyini görür”.
Obama deyir ki, Krımı işğal etmək, ya da Əsədə dəstək vermək onu birdən-birə oyunçuya çevirmir. Həqiqi güc, zor tətbiq etmədən istədiyini almaqdır.
Obama Rusiyanın qlobal təsirinin də yüksək olmadığını bildirib: "Bu danışıqların heç birində Rusiya gündəmi təyin etmir. Heç bir G-20 zirvəsində hər hansı bir əhəmiyyətli gündəm maddəsi mövzusunda ruslar təşəbbüskar olmayıb”.
Obama Ukrayna mövzusuna da toxunub: "Həqiqət budur ki, NATO üzvü olmayan Ukrayna, bizim nə etməyimizdən asılı olmayaraq Rusiyanın hərbi təcavüzünə qarşı kövrək olacaq".
ABŞ prezidenti Rusiyanın, məsələn Moldova, ya da başqa bölgəyə Ukraynadakına bənzər bir hücumu olsa nə edilə biləcəyinə dair sualı da cavablandırıb. Obama bildirib ki, burada ilk növbədə müharibəyə getməyə dəyib-dəymədiyini müzakirə etmək lazımdır.
"Əgər bu məmləkətdə (ABŞ-ı nəzərdə tutur) Krım, ya da Şərqi Ukrayna üçün Rusiya ilə müharibəyə getməyimizi düşünənlər varsa bunu yüksək səslə deməlidir və dəqiq olmalıdır” – deyə Obama bildirib.
Obama 2013-cü ildə Əsəd rejimi kimyəvi silahdan istifadə etdiyi dövrdə Suriyaya müdaxilə edilməməsini dair tənqidlərə də cavab verib.
Yazıda 2013-cü ildə Suriya rəhbərliyinin Qutada kimyəvi silah istifadə etdiyinə dair xəbərlərdən sonra Obamanın Pentaqona, Suriyadakı hədəflərin siyahısını hazırlamaq əmri verdiyi bildirilir. Həmin vaxt Fransa prezidenti Fransua Ollandın da Suriya rejiminin hədəflərini vurmağa hazır olduğunu bildirilib.
Ancaq Obamanın bir müddət sonra bu fikirdən daşınıb, dövlət katibi Kerri isə Suriyaya müdaxilə üçün israr etməyə davam edib.
Yazıda qeyd edilir ki, Kerri tez-tez Obamanı Ağ Evdə ziyarət edərək, Suriyada müəyyən hökumət hədəflərini qanadlı raketlərlə vurmağı təklif edib. O bu yolla Əsəd rejiminə mesaj verə biləcəklərini deyib. Məlumata görə, Kerrinin məqsədi Əsədin devirmək deyil, İranı və Rusiyanı sülh masasına oturmağa razı salmaq olub. Kerri həmcinin Obamaya, raket hücumlarını üzərlərinə götürməyə gərək olmadığını, ancaq Əsədin hücumların kimdən gəldiyini biləcəyini deyib.
Obama bildirir: "Əsədə zərbə endirə bilərdim, amma o da hücumdan sonra, müvəffəqiyyətlə ABŞ-ın qarşısını aldığını, ABŞ-ın BMT qərarı olmadan beynəlxalq hüquqa zidd hərəkət etdiyini iddia edə bilərdi".
Rusiyanın hazırda düşünüldüyü qədər güclü olmadığını deyən Obama, qarşıdakı illərdə ABŞ-ın Rusiyadan çox Çinlə əlaqələrinin daha gərgin olacağını açıqlayıb.
Obama Müəmmar Qəddafinin devrilməsilə nəticələnən hərbi müdaxilənin müvəffəqiyyətlə başa çatdığını da deyib. Ancaq sonradan Avropa ölkələrinin yanlış siyasəti nəticəsində Liviyanın bugünkü vəziyyətə gəldiyini qeyd edib.
Obama səhv Liviya siyasətinə görə, xüsusilə ən yaxın müttəfiqi İngiltərənin baş naziri Devid Kameronu sərt şəkildə tənqid edib.