Ankaradakı terror hücumu ilə bağlı yeni faktlar ortaya çıxıb. Belə ki, Ankaradakı hücumda istifadə edilən avtomobilin yanvarın 10-da Şanlıurfada oğurlandığı iddia edilir. Baki-xeber.com "Habertürk” qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələti yaşlı bir qadına aid olan İstanbul nömrəli 95 model BMW avtomobilin, oğurlandığı gün Diyarbəkirə aparıldığını müəyyənləşdirib. Iddialara ğörə avtomobil fevralın 26-da Ankaraya gətirilib.
Ankara polisi bundan 2 həftə əvvəl - 27 fevralda Kızılay bölgəsində bombalı avtomobilin axtarığı ilə bağlı əməliyyat keçirib.
Digər tərəfdən kəşfiyyat qurumları Sur, İdil və Nusaybində itkilər verən PKK terrorçularının Novruz ərəfəsində terror aktı planlaşdırdığını müəyyənləşdirib. Bununla yanaşı son həftələrdə PKK-nın bomba yüklü 6 avtomobillə terror hücumu hazırlığında olduğuna dair kəşfiyyatı məlumatları olub və xüsusilə Şərq və Cənub-Şərqi Anadolu şəhərlərində bu avtomobillərin axtarışı başlayıb.
PKK-nın bomba yüklü avtomobillərlə bağlı hazırlıqları İraq və Suriyada apardığı, sonradan onları Türkiyəyə göndərdiyi bildirilir.
Avtomobillərin aşkarlanması çətin olan C-4 tipli plastik partlayıcılar yerləşdirilir ki, bunu sərhəddəki yoxlamalarda da aşkarlamaq çox çətin olur.
Bu arada, Ankaradakı terror aktını törətməkdə ehtimal edilən qadın-terrorçunun adı açıqlanıb. Qadın-terrorçunun PKK terror təşkilatının üzvü Səhər Çağla Dəmirin olduğu ehtimal edilir. Səhər Çağla Dəmirinin 2012-ci ildə Balıkesir Universitetinə daxil olduğu, ancaq qısa bir müddət sonra itkin düşdüyü bildirilir. Onun atası 2013-cü ildə qızının itdiyinə dair polisə müraciət edib.
Araşdırmalardan sonra Səhər Çağla Dəmirinin terror təşkilatı PKK-ya qatılmaq üçün "dağa getdiyi" müəyyənləşdirilib. Sonradan Balıkəsirə dönən qadına 4 yoldaşı ilə birlikdə terror ittihamı ilə cinayət işi açılıb.
Səhər Çağla Dəmirinin şəxsiyyəti Ankarada partlayışda istifadə edilən bomba yüklü avtomobilidən götürülmüş cəsəd parçaları və barmaq izindən sonra müəyyənləşib.
Ancaq Türkiyə hakimiyyəti bu məlumatı hələ rəsmi olaraq təsdiq etməyib.
Trend "Kanal7" telekanalına istinadən məlumat verir ki, terror aktını törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb. Bununla yanaşı, 12 şübhəli Əskişəhər mərkəzi vilayətində, qalan ikisi isə İstanbulda saxlanılıb.
Ankarada baş vermiş partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. Trend-ə bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat veriblər. Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmaması xəbərini Türkiyə Daxili İşlər Nazirliyindən və Türkiyə Səhiyyə Nazirliyindən səfirliyə təsdiq ediblər.
Bu arada Almaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə səfərdən çəkinməyə çağırıb. Almaniya hazırda Türkiyədə olan ölkə vətəndaşlarını insanların çox toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib.
Diqqət çəkən digər bir xəbərdarlıq isə olaydan öncə ABŞ səfirliyindən gəlib. Səfirlik Ankara Baçelievler bölgəsindəki Türkiyə dövlət binalarına qarşı ola biləcək "terror” hücumu ilə bağlı öz vətəndaşlarını xəbərdar etmişdi.
Səfirliyin yayıdığı mesajda, bölgədəki potensial hücumlara dair səfirliyin əlində məlumatlar olduğuna yer verilir və amerikalılar bu bölgədən uzaq olmağa çaırırılır. ABŞ səfirliyinin təhlükəli bölgə kimi işarə etdiyi sahədə Anıtqəbir, Quru Qüvvələri Komandanlığı və nazirliklərin də olduğu bir çox dövlət binası yerləşir.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Terror aktı nəticəsində ölənlərin sayı 37-yə çatıb. Bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.