Ukraynanın Jitomir şəhərinin mərkəzində uydurma "erməni soyqırımı" abidəsinin ucaldılmasının qarşısı alınıb.
Jitomir vilayəti Azərbaycanlıları Həmrəylik Konqresinin sədri İlqar Məmmədov APA-ya bildirib ki, məsələ ilə bağlı şəhər merinin müavini və şəhər İcraiyyə Komitəsinin bir üzvü, eləcə də erməni icmasının 2 rəhbəri barədə etnik qarşıdurmaya cəhd ittihamı ilə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təhqiqata başlanıb.