"Həqiqət budur ki, NATO üzvü olmayan Ukrayna, bizim nə etməyimizdən asılı olmayaraq Rusiyanın hərbi təcavüzünə qarşı kövrək olacaq". Baki-xeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.
ABŞ prezidenti Rusiyanın, məsələn Moldova, ya da başqa bölgədə, Ukrayna ssenarisinə qarşı hansı addımların atıla biləcəyinə dair sualı da cavablandırıb. Obama bildirib ki, burada ilk növbədə müharibəyə getməyə dəyib-dəymədiyini müzakirə etmək lazımdır.
"Əgər bu məmləkətdə (ABŞ-ı nəzərdə tutur) Krım, ya da Şərqi Ukrayna üçün Rusiya ilə müharibəyə getməyimizi düşünənlər varsa bunu yüksək səslə deməlidir və dəqiq olmalıdır” – deyə Obama bildirib.