Suriya və İraqdan sonra Liviyada da fəallaşan İŞİD terror qrupu, bu bölgə üzrə yeni lider təyin edildiyini açılayıb.
Baki-xeber.com xəbər verir ki, terrorçuların Liviyadakı yeni lideri Abdulkadir əl Nəcdi təyinatının ardından Romanı işğal etməyə hazır olduğunu bəyan edib. O, bildirib ki, Şimali Afrikadan Avropanın qapılarına dayanacaqlar.
Nəcdi Liviyanın coğrafi mövqeyinə görə, İŞİD-ə Roma və İtaliyaya qapı açdığını bildirib.
Nəcdi İŞİD-in Romanı işğal edəcəyini bildirib. Roma və Roma İmperatorluğu İŞİD-in qiyamət təsəvvürünə söykənən ideologiyasında böyük yer tutur.
Məlumata görə, qrupun son üç ayda Liviyadakı tərəfdarlarının sayı 3 mindən 6 minə yüksəlib.
İŞİD Liviyanın Tripoli, Binqazi, Zliten və Misrata şəhərlərinə, eləcə də ölkənin əhəmiyyətli neft bölgələrinə tez-tez hücumlar edir.
Nəcdi, 2015-ci ildə Liviyanın Derna şəhərində ABŞ hərbi hava qüvvələrinin öldürdüyü Əbu Muğirə Kahtaninin yerinə keçib.