Rusiya prezidenti Vladimir Putinin ilk prezidentliyi dövründə ən yaxın məsləhətçilərindən olan Mixail Lesinin (fotoda ortada) ötən ilin noyabrında ABŞ-dakı oteldə ölümü ilə bağlı yeni xəbərlər yayılıb.
"The Washington Post” qəzeti yazır ki, Lesin əvvəl açıqlandığı kimi ürək tutmasından deyil, başından aldığı zərbə nəticəsində ölüb.
Baki-xeber.com xəbər verir ki, Araşdırmalar nəticəsində məlum olub ki, 57 yaşlı Lesinin yalnız başından deyil, boynunda və bədənində də xəsarət izləri olub. Ancaq hələlik bunların cinayət işarəsimi, yoxsa qəza nəticəsində baş verdiyinə dair qəti bir nəticə əldə edilməyib.
"New York Times” mənbələrə istinadən xəbər verir ki, Lesinin bədənində olan izlər, otelə gəlmədən əvvəl bir başqa yerdə baş vermiş hadisənin izləridir. Qəzet rəsmi açıqlama olmasa da ABŞ rəsmilərinin artıq onun ölümün "təbii" olduğuna inanmadığı iddia edib.
"Reuters”ə danışan bir başqa mənbə isə istintaqın "cinayət" ehtimalı üzərində davam etdirilə biləcəyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ rəhbərliyini istintaqla bağlı onlara kifayət qədər məlumat verməməkdə günahlandırıb.