Bazar günü günü, 22 noyabr 2026
     

Bakı Forumuna gəlmiş indiki və sabiq prezidentlər Azərbaycanı dünyaya belə təqdim etdilər

Image


Mədəniyyətlərarası dialoq bu gün, beynəlxalq siyasi çalxalanma dövründə olduğu qədər heç vaxt bu səviyyədə əhəmiyyətli olmayıb. "Trend"in məlumatına görə, bunu YUNESKO-nun baş direktoru İrina Bokova Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib. Forumda daha kimlər nələr dedi?

"Nizami ruhuna uyğundur..."

Bakıda keçirilən IV Qlobal Forum çox mühüm hadisədir. "Trend"-in məlumatına görə, bunu Gürcüstanın prezidenti Georgiy Marqvelaşvili Bakıda keçirilən "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Prezident qeyd edib: "Mən əminəm ki, bu gün burada müzakirə edilməli olan dəyərlər və məsələlər Nizami Gəncəvi kimi dahi şairlərin ruhuna yaxındır". G.Marqvelaşvili bildirib ki, sülh və sabitliyin qorunması, ətraf mühitlə bağlı məsələlər ayrı-ayrı ölkələrdə həyatı yaxşılaşdırmaq baxımından bütün ölkələr üçün vacibdir.

"Dünya tarazlıqdan çıxır"

Hazırda sülh və azadlıq ciddi çağırışlarla üzləşir. Bunu Bolqarıstan prezidenti Rosen Plevneliyev "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
"Biz II Dünya müharibəsi dövründən bəri ən pis vəziyyətin şahidi olmuşuq"- deyən Bolqarıstan prezidentinin sözlərinə görə, milli sərhədlər və beynəlxalq hüquq prinsiplərinə riayət edilməsi məsələləri çox vacibdir: "Biz beynəlxalq sistemlərin və institutların münaqişələrin nizamlanmasında həmişə kömək edə bilməyəcəyi mürəkkəb dünyada yaşayırıq". Bolqarıstan prezidenti əlavə edib ki, dünya tarazlıqdan çıxır və hazırda yeni balans tapmaq lazımdır.

"Bakı Forumu xalqlar arasında dialoqun yaradılması üçün çox böyük bir fürsətdir"

Biz əlbəttə ki, beynəlxalq əməkdaşlığı inkişaf etdirməliyik. Bu forum millətlər, xalqlar arasında dialoqun yaradılması, beynəlxalq aləmdə etik qaydaların müəyyən edilməsi üçün çox böyük bir fürsətdir.
Bu fikirləri Kanadanın baş naziri Justin Trudo dünən Bakıda keçirilən "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun açılış mərasiminə ünvanlanmış videomüraciətində səsləndirib.

Böyük Britaniya baş nazirinin videomüraciəti...

Qlobal Bakı Forumu - bu gün bəşəriyyət qarşısında dayanan ən mühüm məsələlərin müzakirəsi üçün gözəl bir təşəbbüsdür. Bu fikirləri Böyük Britaniyanın baş naziri Devid Kemeron Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasiminə ünvanlanmış videomüraciətində səsləndirib.
Müraciətdə daha sonra qeyd edilir ki, son 24 ildə Böyük Britaniya və Azərbaycan təhlükəsizlik məsələləri də daxil omaqla bir çox sahələrdə sıx əməkdaşlıq edir.

Mərmərə Vəqfinin başqanı...

"Bu gün Azərbaycan təkcə Qafqazda, Avropada deyil, bütün dünyada böyük nüfuza malikdir". Bunu "Trend"ə Türkiyədən olan, Mərmərə Vəqfinin başqanı doktor Akkan Suver deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qlobal miqyasda qəbul edilən bir dövlətdir: "Bu qəbul edilmənin ən önəmli göstəricisi Azərbaycanın multikultiralizmə verdiyi dəyərdir".
A.Suver deyib ki, bu gün Azərbaycan üçün insanları sülhə çağırması, insanlarının sülh içində rahat yaşaması əsas hədəfdir.
Bu foruma artıq 4-cü dəfə qatıldığını deyən A.Suver qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ortaya qoyduğu çoxmədəniyyətlilik anlamı dünya üçün çox önəmlidir.
Türkiyəli nümayəndənin sözlərinə görə, 2016-cı ilin Azərbaycan tərəfindən multikulturalizm ili kimi qəbul edilməsi və Prezident İlham Əliyevin bu xəttin sənaye, iqtisadiyyat, ticarət qədər önəmli olduğunu bildirməsi Azərbaycanın sahib olduğu yüksək dəyəri ortaya qoyur.
Onun sözlərinə görə, Azərbaycanın dünyadakı yüksək etibarını bu foruma çoxlu prezident, sabiq prezidentlər, dövlət xadimləri və onlarla yanaşı, vətəndaş cəmiyyəti qurumlarının təmsilçilərinin bir araya gəlməsi sübut edir.

"Dünyanın bu gün dialoqa ehtiyacı var"

Albaniyanın prezidenti Buyar Nişani Bakıda "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib ki, bu gün dünya ümumi çağırış, təhlükələrin aradan qaldırılması və həlli üçün dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığa daha çox ehtiyac duyur.
B.Nişani bildirib: "Ona görə mən bu forumun təşkil edilməsi və keçirilməsini alqışlayıram və Azərbaycan Prezidenti İlham Əliyevə belə səmimi və dost münasibətinə görə minətdarlığımı bildirirəm".

Dünyadakı münaqişələrin həlli ilə bağlı Bakıda konkret təkliflərin hazırlanması təşəbbüsü...

Dünyada münaqişələrin həll edilməsi üzrə beynəlxalq təşkilatların fəaliyyətlərinin səmərəliliyini artırmaq lazımdır. Bunu jurnalistlərə Rusiyanın "Qazprom" şirkətinin idarə heyətinin sədri Viktor Zubkov Bakıda deyib.
V.Zubkov bildirib ki, əlbəttə ki, bunu məhz Qlobal Bakı Forumu kimi forumlarda etmək lazımdır ki, burada ekspertlər tərəfindən konkret təkliflər hazırlanaraq təqdim edilməlidir.
V.Zubkov Qlobal Bakı Forumunun yaxşı şəkildə təşkilini və forumun yüksək səviyyədə nümayəndə heyəti ilə təmsil olunmasını da xüsusi qeyd edib.

"Bakı ünsiyyət və ideya mübadiləsi üçün uyğun məkandır"

Bakıda keçirilən forumun əsas məsələsi: "Yeni yanaşmalar, o cümlədən yaradıcı yanaşma dünyanı dəyişə və müasirliyin onun qarşısında qoyduğu çətinlikləri həll edə bilərmi?" Bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Sabiq Prezidentin sözlərinə görə, Bakı ünsiyyət və ideya mübadiləsi üçün uyğun məkandır: "Çünki bizim mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla sıx əməkdaşlığımız qurulub".

Ehud Barak: "Azərbaycan açıq, güclü şəkildə tolerant cəmiyyətdir"

"Mən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm". Bunu jurnalistlərə İsrailin sabiq baş naziri Ehud Barak deyib.
E.Barak bildirib ki, Bakıda keçirilən IV Qlobal Forum Azərbaycanın irəliyə doğru atdığı böyük bir addımdır: "Bu qədər lideri bir araya toplamaq multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır. Azərbaycan tək gözəl struktura görə deyil, başqa xalqlara münasibətində, öz daxili cəmiyyətində ildən-ilə irəliləyir. Burada olan hər kəs sizin ölkənizdə baş verənləri yüksək qiymətləndirir".
E.Barak deyib ki, Azərbaycan açıq, güclü şəkildə tolerant cəmiyyətdir: "Azərbaycan bir tərəfdən açıq ölkədir, digər tərəfdən qonşuları ilə balanslı yaxşı münasibətlər saxlayır. Birindən başqa. Bu ona böyük misaldır ki, regional ölkələr güclü səylər göstərməlidirlər ki, bütün qonşuları ilə sülh və əməkdaşlıq içərisində yaşasınlar".

Norveçin sabiq baş naziri: "IV Qlobal Bakı Forumu qlobal bir əməkdaşlıqdır"

"Ölkələr və mədəniyyətlər arasında əməkdaşlığın və əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir. Çox sevindirici haldır ki, Bakı bu cür əməkdaşlığın qurulması üçün dünyada bir mərkəzə çevrilib və öz təcrübə və biliklərini bu istiqamətə yönəldir". Bunu Norveçin sabiq baş naziri Qro Harlem Brundtland deyib.
Q.Brundtland bildirib ki, IV Qlobal Bakı Forumu qlobal bir əməkdaşlıqdır ki, dünyanın bütün hissələrini əhatə edir: "Biz Bakıda yeni təcrübə və biliklər əldə edirik".
Sabiq baş nazir bildirib ki, Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi mühüm əhəmiyyət kəsb edir: "Multikultural dünya gələcək nəsillər üçün yaxşı imkanlar açır. Mən Azərbaycanı bu cür təşəbbüs göstərməsi münasibətilə təbrik edirəm. Bu təşəbbüs bizə lazım olan multikultral dünyanı irəli aparmaqda öz töhfəsini verəcək".

Finlandiyanın sabiq prezidenti...

IV Qlobal Bakı Forumu dünyada mövcud olan çağırışların müzakirə edilməsi üçün çox yaxşı bir məkandır. Bunu isə Finlandiyanın sabiq prezidenti Tarya Halonen deyib.
Sabiq prezident bildirib ki, dünyanın bir çox ölkələrindən insanlar burada bir araya toplanıb müzakirələr aparırlar: "Bu da yeni təcrübə və biliklərin qazanılmasına imkan verir".
T.Halonen bildirib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulmasında mühüm rol oynayır.
Sabiq prezident qeyd edib ki, Azərbaycan bu istiqamətdə xeyli işlər görüb.
T.Halonen Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini də bildirib: "Əvvəlki illərlə müqayisədə Azərbaycanın inkişafını görməmək mümkün deyil".

Boris Tadiç: "Serbiyanın "Cənub Qaz Dəhlizi"nə qoşulmasını istərdim"

"Prezident olduğum dövrdə Azərbaycanla daha yaxşı münasibətlər qurmağa çalışırdım. Bizim indi yeni hökumətimiz, yeni prezidentimiz var və mənim başladığım işi çox yaxşı şəkildə davam etdirir". Bunu Bakıda jurnalistlərə Serbiyanın keçmiş Prezidenti Boris Tadiç deyib.
Sabiq Prezident bildirib ki, Azərbaycanla Serbiya arasında çox oxşarlıqlar var: "Hər iki ölkənin spesifik geostrateji mövqeyi çox oxşardır. Biz Kosovo və Dağlıq Qarabağ məsələsində bəzi oxşar çətinliklərlə üzləşmişik".
B.Tadiç əlavə edib ki, Azərbaycan neft-qaz, enerji sahəsində mühüm rol oynayır: "Qafqaz həm də neft və qazın bütün Avropa İttifaqı ölkələrinə daşınmasında dəhliz rolunu oynayır. Biz ötən il Azərbaycanla strateji tərəfdaşlığa dair sənəd imzalamışıq. Azərbaycanın bir sıra tikinti şirkətləri Serbiyada fəaliyyət göstərir. Lakin enerji sahəsində əməkdaşlıq üçün də böyük potensialımız var. Mən Serbiyanın "Cənub Qaz Dəhlizi"nə qoşulmasını istərdim. Biz bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə də danışmışıq".

"IV Qlobal Bakı Forumu "geosiyasi Davos" ola bilər"

IV Qlobal Bakı Forumu "geosiyasi Davos" ola bilər. "Trend"in məlumatına görə, bunu jurnalistlərə Bakıda forumun kuluarlarında Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumdziya deyib.
O bildirib: "Hər il bu forumda iştirak edirəm, forum bu qədər maraqlı insanı toplayan məkana çevrilir. Bu forumun daha miqyaslı olması, dünyanın isə daha yaxşı olması üçün birgə işləyəcəyik. Azərbaycan bu forumun platforması olmaq üçün yaxşı ölkədir".
Xəbər xidməti
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ