Azərbaycanın "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumuna da ev sahibliyi etməsi praktiki olaraq, göstərir ki, Azərbaycan qlobal problemlərin həllinə öz töhfəsini verir. Türkiyə olaraq, bundan, Azərbaycan kimi qardaş ölkə ilə dil ortağı olmağımızdan qürur duyuruq. Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Azərbaycanın multikulturalizm dəyərlərinə üstünlük verdiyini deyən səfir qeyd edib ki, dünya ölkələrində münaqişələr baş verdiyi halda, Azərbaycan özünün fəlsəfəsini qədim multukulturalizm ənənəsi ilə təmsil edir.