Bazar günü günü, 22 noyabr 2026
     

Türkiyəyə qarşı "PKK planı" daha da kəskinləşdirilir

Image


Son aylarda Türkiyəyə qarşı PKK hücumlarının sayının əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Suriyada atəşkəsin bərqərar olmasına baxmayaraq, buradan da PKK-nın Türkiyəyə qarşı əməliyyatları davam edir. Son məlumatlar isə olduqca təhlükəli ssenarinin işə salınması üçün hazırlıq getdiyini üzə çıxarır. Türkiyənin buna sərt hərbi reaksiya verəcəyi gözlənir.
Söhbət Türkiyənin "Yeni Şəfəq" qəzetinin iddiasından gedir. Qəzet yazır ki, Bəşər Əsəd, PKK, PYD və sol terror təşkilatları Türkiyədə inqilab hazırlayır. Plana görə, solçu terror təşkilatları DHKP-C və MLKP martın 11-dən etibarən ölkənin qərbində etirazlara başlayacaq. 20 martda isə 11 min PKK terrorçusu Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunu azad olunmuş bölgə elan edəcək. Daha sonra Bingöl, Muş, Ağrı, Van, Qars, Ərdahan, Ərzurum və İstanbulun Qazi məhəlləsində eyni addım atılacaq. Suriyadan gələcək 8 min PKK-nın Suriya qanadı olan PYD terrorçusu isə Türkiyədəki güc strukturlarının binalarına hücum edəcək. Qanlı hücumları törətmək üçün terrorçulara silah dəstəyini Suriyanın kəşfiyyat orqanı Muhaberat verib. Artıq planla əlaqədar Türkiyənin 81 vilayətinin rəhbərliyinə xəbərdarlıq edilib.
Aydındır ki, Türkiyə, təhdid olacağı təqdirdə, PKK-nı həm İraq, həm də Suryia ərazisində zərərsizləşdirəcək. Bundan öncə də Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, Türkiyə öz cənub sərhədlərində terrorçuların nəzarətində olan zolağın formalaşmasına imkan verməyəcək: "Rusiya Bəşər Əsəd rejimi və terrorçu PKK və YPG təşkilatları ilə əlbir olub. Ankara bu oyunların mahiyyətini yaxşı başa düşür və bu kimi planların reallaşmasına imkan verməyəcək". Hökumət başçısı qeyd edib ki, Türkiyənin təhlükəsizliyinə təsir edən istənilən məsələdə Ankara sərt addım atmağa hazırdır. Davudoğlu həmçinin qeyd edib ki, Suriyada atəşkəs rejiminin nəticə verməsi üçün ilk növbədə Rusiya və Əsəd rejimi öz öhdəliklərinə sadiq olmalıdır: "Atəşkəs Suriyada savaşan tərəflər üçün keçərlidir. Türkiyə istənilən tərəfdən təhdid edilərsə, dövlətimizin təhlükəsizliyi pozularsa, bu atəşkəs bizim qarşımızı ala bilməz. YPG və PYD ünsürlərinə açıq-aşkar bildirirəm ki, "atəşkəsdir" deyib, Türkiyəyə qarşı fəaliyyətlərini davam etdirməsinlər. Əməllərinə diqqət etsinlər". Amma PKK həm Suriyada, həm də İraqda mövqelərini möhkəmləndirir. PKK-nın sözçüsü Akid Kəlari deyib ki, PKK qüvvələri Mosul əməliyyatında da iştirak etmək üçün hazırlıqlara başlayıb: "Mosul əməliyyatında iştirak edəcək istənilən qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Bu əməliyyatda iştirakımız mühüm önəm daşıyır. İraq ordusu və peşmərgə qüvvələri İŞİD-lə təkbaşına bacarmaz. PKK döyüşçüləri Telafər, Mahmur və Kərkük bölgələrindəki əməliyyatlarda da iştirak edəcək". İraq və Suriyada PKK-nın möhkəmlənməsi həm Türkiyə sərhədlərində, həm də ölkə daxilində böyük təhdid deməkdir. Digər tərəfdən, Türkiyə İŞİD terror təşkilatı ilə də böyük problem yaşayır.
Elə bu günlərdə İŞİD qruplaşması "Katyuşa" reaktiv artilleriyaları ilə Suriya ərazisindən Türkiyəni atəşə tutub. Raketlərin düşdüyü ərazilərdə güclü partlayışlar olub, ölü və yaralı var. Türkiyə Silahlı Qüvvələri "Fırtına" topları ilə İŞİD terrorçularının mövqelərini ağır bombardman edib.
Hadisə ilə bağlı açıqlama verən Türkiyə rəsmiləri bəyan edib ki, NATO İŞİD-lə mübarizə edirsə, Türkiyə sərhədlərini öz sərhədi hesab edərək dərhal vəziyyətə müdaxilə etməlidir. İŞİD-in əsas niyyəti isə Türkiyənin Suriyaya quru qoşunları yeritməsidir. Bu halda Türkiyənin Suriyada Rusiya hərbi qşüvvələri ilə üz-üzə gəlməsi qaçılmaz olacaq. İŞİD və PKK-nın da əsas istəyi budur. Ankara isə NATO yardımı olmadan Suriyaya girmək istəmir. Hazırda Türkiyə terrorçulara öz ərazisindən artilleriya zərbələri endirməyə üstünlük verir. Əhməd Davudoğlu da bildirir ki, Türkiyə ordusunun terrorçulara cavabı ağır olacaq: "Kilisdə üzücü hadisə yaşandı. İŞİD terrorçuları sərhədin o tayından raket atdı. 2 vətəndaşımızı itirdik. Lakin ordumuz terrorçulara mislilə qarşılıq verdi. Silahlı Qüvvələrimizə əvvəlcədən tapşırıq verilib ki, Türkiyəyə qarşı edilən hər cür hücumlara ən şiddətli şəkildə cavab verilsin. Bütün bunlar bir daha göstərir ki, Suriyada atəşkəs razılığına riayət olunmur".
Tahir TAĞIYEV






DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ