Bazar günü günü, 22 noyabr 2026
     

Qərb Azərbaycanın "DESFA probleminin" həllini sürətləndirir

Image


Bu günlərdə Avropa Komissiyası "Transadriatik" qaz boru kəmərinin (TAP) tikintisi haqqında Yunanıstan hökuməti ilə "Trans Adriatic Pipeline AG" şirkəti arasında imzalanmış sazişi Avropa İttifaqı qanunvericiliyinə uyğun sayaraq təsdiqləyib. Qərarda bildirilir ki, tikintini özəl investorlar maliyyələşdirəcək və sazişdə nəzərdə tutulan xüsusi vergi rejimi Avropa İttifaqı qaz bazarında rəqabətə neqativ təsir göstərməyəcək, yeni qaz nəqli marşrutunun ortaya çıxması isə rəqabəti artıracaq.
Avropa İttifaqı TAP vasitəsilə qaz nəqlinin 2020-ci ildə başlayacağına və həmin ildən etibarən Aralıq dənizinin dibilə ildə 10 milyard kubmetrə yaxın qaz nəql olunacağına ümid edir ki, bu da İtaliyanın istehlakının 17%-nə yaxınını təmin edəcək və Avropanın cənubunun indiki təchizatçılardan asılılığını azaldacaq.
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevtsoviç məsələ ilə bağlı bildirib: "TAP üzrə sazişin təsdiqlənməsi Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından aparıcı layihə olan "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi yolunda vacib addımdır və Avropa üçün yeni qaz mənbələri açır". Amma burada əsas məsələlərdən biri də Azərbaycan qazının Avropaya sürətlə ötürülməsi üçün həllini hələ də tapmayan daha bir məsələnin çözülməsidir. Söhbət Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA ilə bağlı məsələnin həllindən gedir. Artıq Avropa da bu məsələnin həllinin uzanmasını istəmir. Elə bu səbəbdən bəlli olub ki, Maroş Şevtsoviç martın 10-da Afinaya rəsmi səfərə gedəcək. Şevtsoviçin səfər proqramına DESFA ilə bağlı görüşlər də daxil edilib. Onun Yunanıstanın energetika naziri Panos Skurletis, DESFA və Yunanıstan Enerji Tənzimləmə Təşkilatının (RAE) rəhbərliyi və digər rəsmi şəxslərlə görüşəcəyi bildirilir. Şevtsoviçin Enerji Birliyini təbliğ etmək üçün Avropa ölkələrinin paytaxtlarına səfər proqramı çərçivəsində Yunanıstana səfər etdiyi açıqlanıb. Xatırladaq ki, TAP layihəsinə əsasən, kəmər Türkiyənin Yunanıstanla sərhədindən DESFA şirkətinin kəmərlər şəbəkəsinə birləşdiriləcək. Layihə ilə bağlı yaradılan konsorsium TAP kəmərinin tikintisinə 2016-cı ilin mayında başlamağı planlaşdırır. "Şahdəniz-2" qazını Avropa bazarına çıxaracaq bu kəmər Türkiyənin Yunanıstanla sərhədindən başlanğıc götürərək İtaliyanın Leççe əyalətinin Melendugno bələdiyyəsinin ərazisində yekunlaşmalıdır. İşlərin plan üzrə getməsi üçün isə DESFA problemi çözülməlidir. Amma yaranmış vəziyyətdə boş dayanmayan Rusiya da hərəkətə keçib. Kreml yunan tərəfi ilə təmasları genişləndirir və bu, Avropada da narahatlıqla qarşılanır. Məsələ burasındadır ki, "Şimal axını-2" layihəsi ətrafında mübahisələrin davam etdiyi bir vaxtda Rusiya cənub cəbhəsini yenidən açır. Moskva Aralıq dənizi ölkələrini Qara dəniz vasitəsilə qaz çatdırmalarının yeni konsepsiyasına qoşulmağa inandırmaq istəyir". Polşanın "Biznes Alert" nəşri qeyd edir ki, Rusiyanın bu addımları təbliğat xarakteri daşıyır: "Çünki Avropa İttifaqı və ABŞ rəqib layihəni - "Cənub Qaz Dəhlizi"ni dəstəkləyir". Məqalədə fevralın 24-də Romada "Qazprom"la Yunanıstanın DEPA və İtaliyanın "Edison" şirkətinin imzaladığı memoranduma diqqət çəkilir:
"Memoranduma görə, Rusiya qazı Qara dəniz vasitəsilə Yunanıstan və İtaliyaya çatdırılacaq. Bu, "Rusiya qazının Avropaya çatdırılmasında cənub yolu"nun bünövrəsi hesab oluna bilər. Bu hədəf əvvəlcə "Cənub axını", daha sonra "Türk axını" layihəsi ilə hesablanmışdı.
Lakin "Cənub axını" layihəsi Avropa Komissiyası tərəfindən bloklandı və bu layihələrin üçüncü enerji paketinə uyğunsuz olduğu bəyan edildi. "Türk axını" isə Rusiya-Türkiyə münasibətlərinin pozulması ilə təxirə düşdü. İndi Rusiya "Poseydon" layihəsini irəli sürür. Bu layihə əvvəllər də var idi. Lakin Brüssel və Vaşinqton Azərbaycan qazını seçdi və "Cənub Qaz Dəhlizi" layihəsini dəstəklədi. Rusiyanın "Poseydon"a qayıdışı cənub çatdırmalarını təmin etmək məqsədi daşıyır. Amma bu layihədə yeganə problem Türkiyənin onda iştirak etməməsidir. Ankara buna razılıq versə, o zaman Türkiyə ərazisindən Yunanıstana hərəkət edəcək yeni kəmərin tikilməsi lazımdır", - deyə məqalədə bildirilir.
"Biznes Alert" yazır ki, Rusiya hazırda "Poseydon"a bel bağlayır: "Vaşinqton isə Rusiya qazının Avropaya çıxışının qarşısını bütün vasitələrlə almağa çalışır. Belə demək mümkünsə, mübarizə yenidən qızışır". Avropa və ABŞ bu vəziyyətdə DESFA məsələsinin həllinin uzanmasından narahatdır. Qeyd edək ki, 2013-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şirkəti DESFA ilə bağlı Yunanıstan hökumətinin keçirdiyi tenderin qalibi olub və 400 milyon avroya bu şəbəkənin 66%-ni alıb. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaradılması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə, inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq, DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar. İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkəti bu səhm zərfinin alınmasında maraqlı olduğunu bildirib.
Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ