ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) "kölgə qurumu” kimi də tanınan "Stratfor” qurucusu Corc Fridman dünyanın yeni bir müharibəyə hazırlıqlı olmasının vacibliyini açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, "Business Insider” jurnalına danışan Corc Fridman, tarix boyunca bütün əsrlərdə ən az bir dəfə sistem döyüşü, yəni mövcud sistemin hamısını silkələyən böyük bir müharibənin yaşandığını bildirib: "Avropadakı 7 illik müharibə, 19-cu əsrin Napoleon müharibələri, böyük Dünya müharibələri - hər əsrdə bir şeylər olmub. Bu əsrdə heç bir şeyin olmayacağı barədə mərcə girmək istəyirsinizsə, mən bu mərci qəbul edirəm".
Sistem müharibələrinin necə başladığını izah edən Stratfor qurucusu, "Almaniya, Rusiya, Çin kimi bəzi ölkələr tənəzzülə uğrayır, onların yerini başqaları alır. Təhlükəli olan da odur ki, yeni ölkələr hələ "tarazlığa çatmayıblar" - deyə bildirib.
"1871-ci ildə Almaniya birləşdi, cəhənnəm başladı. 20-ci əsrin əvvələrində Yaponiya gücünü artırdı və xaos başladı. Hazırda da sistemdə bir sürüşməyə şahid oluruq. Müharibəyə hazır olun!" – deyə bildirib.
Onun sözlərinə görə, əsas təhlükə bir qrup ölkənin digərlərinin yerini almasında deyil, yeni ölkələrin düşdüyü vəziyyətdir.
Mütəxəssis hansı ölkələrdə münaqişə ocaqlarının yaranacağı ehtimallarını da açıqlayıb. Onun nəzəriyyələrindən birinə görə, nüfuzunu itirən ölkələrin yerini Yaponiya, Polşa və Türkiyə alacaq.