Rusiya, dünya neft istehsalının təxminən dörddə üçünə nəzarət edə biləcək yeni bir neft karteli qurmaq niyyətindədir. Baki-xeber.com xəbər verir ki, bi iddia ilə "Businessinsider.com saytı çıxış edib.
Moskvanın OPEK ölkələri ilə neft istehsalını dondurmaq qərarı mövzusunda müzakirələrdən sonra neft istehsal edən ölkələr üzərindəki təsirini artırdığına diqqət çəkən Business Insider, Rusiyanın, ABŞ-ın yaxın müttəfiqi Səudiyyə Ərəbistanını belə bu mövzuda razı saldığını bildirir.
Səudiyyə Ərəbistanının İŞİD və İran təhdidinə qarşı Bəsrə Körfəzində maraqlarını qorumaq üçün yeni müttəfiq axtarışında olduğu bildirilir: "Rusiya və Səudiyyə Ərəbistanı Suriya problemi məsələsində əks mövqedə olsalar da, neft qiymətlərindəki ciddi eniş iki ölkəni birlik yaratmaq istiqamətində birgə addım atmağa vadar edir".
Business Insider yazır ki, Rusiya İran və İraqla da razılaşacağı halda, dünyada neft istehsalının 73 faizini verən ölkələrin "de fakto" lideri mövqeyinə gələ bilər.
Rusiya OPEK üzvü deyil. Amma OPEC üzvləri ilə, düşən neft qiymətlərinin qarşısını almaq üçün sıx əməkdaşlıq edir.
Bu arada dünya bazarında neft qiymətində də artım müşahidə edilir - 39-40 dollar.
Buna neft istehsalçısı ölkələrin istehsalı dondurmaqla bağlı müzakirələrinin də təsir etdiyi ehtimal edilir.