Bir müddət əvvəl terror təşkilatı İŞİD-ə bağlandığını élan edən qafqazlı bir qrup Rusiyanı təhdid edib. Baki-xeber.com xəbər verir ki, terrorçular bunun la bağlı video yayıb.
Rusiya mətbuatı xəbər verir ki, videoda yaraqlılar, Rusiyadakı müsəlmanlara mülki vətəndaşlar və hökumətə qarşı hücum çağırışı edirlər.
"Gazeta.ru” yazır ki, İŞİD-in yaydığı videoda Dağıstanda kamikadzenin fevral ayında təşkil etdiyi hücumun görüntüləri yer alır. Həmin vaxt iki polisin öldüyü hücumu İŞİD üzərinə götürmüşdü.
Digər tərəfdən videodaki yaraqlılar rusca da danışırlar və İŞİD lideri "Əbubəkr əl Bağdadinin əsgərləri” olduqlarını bildirirlər.
Altı yaraqlı Rusiyadakı müsəlmanların mülki vətəndaşlar qarşı necə hücumlar təşkil edə builəcəyini izah edirlər.