Avropa Parlamentinin üzvləri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Mogerinini ukraynalı pilot Nadia Savçenkonun qanunsuz həbsinə görə Rusya prezidenti Vladimir Putin və digər 28 şəxsə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.
Martın 8-də 57 deputatın imzaladığı müraciətdə Rusiya vətəndaşları və rusiyapərəst separatçılar, Savçenkonun qanunsuz siyasi qərarla oğurlanaraq Rusiyaya aparılması və qondarma ittihamlarla məhkəməyə cəlb edilməsində ittiham olunurlar.
Deputatlar Putinlə yanaşı, Rusiya təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov, Dövlət Dumasındakı xarici məsələlər üzə komitənin rəhbəri Aleksey Puşkov və Ukraynanın şərqindəki separatçıların lideri İqor Plotnitskyni qara siyahıya salmağa çağırırlar.
Savçenko 2014-cü ildə Ukraynanın şərqində tutularaq Rusiyaya aparılıb. O, 2 rusiyalı jurnalistin qətlində, onların yerini deməkdə ittiham olunur.