İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət başçısı Barak Obamanın görüş təklifini rədd edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Ağ Evdən açıqlama verilib.
Məlumata görə, Netanyahu Obamanın nmrt ayının sonunda reallaşdırması planlaşdırılan görüş təklifini rədd edib və Vaşinqton səfərini ləğv edib.
Netanyahunun ABŞ səfərini ləğv etməsi ABŞ-ın İsrailin əsas düşməni İranla nüvə razılaşmasından sonra başlayan gərginliyin son nöqtəsi kimi dəyərləndirilir.
Ağ Evdən bildirilib ki, Netanyahu 18 ya da 19 martda Obama ilə görüş tələb edib, ancaq Vaşinqton mart 19-da görüşməyi təklif edib.
Ağ Ev sözçüsü Ned Price bildirib: "İkili danışıqların keçirilməsini dörd gözlə gözləyirdik. Ancaq media kanallarından Netanyahunun təklifimizi qəbul etmək əvəzinə səfərini ləğv etdiyini öyrəndiyimizdə təəccübləndik".
O, sosial mediada yaydığı açıqlamada, İsrail baş nazirin proqramını onun istəyinə uyğun təşkil edə bilmədikləri xəbərlərinin əsassız olduğunu bildirib.
İsrail tərəfinin açıqlamasına görə, Netanyahu ABŞ-da seçki kampaniyalarına təsir etməmək üçün səfərini ləğv edib və dəvətə görə Obamaya təşəkkürlərini çatdırıb.