Rusiyanın İrana S 300 raketdən müdafiə sistemləri satmaq planı İsraildən gələn təzyiqlər nəticəsində ləğv edilib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak” qəzeti məlumat yayıb. Məlumata görə, Rusiya İrana S-300 raketdən müdafiə sistemini Tehran rəhbərliyinin Hizbullaha silah verməsini səbəb göstərərək satmaqdan imtina edib.
Küveyt qəzeti "El Ceride” Rusiya prezidenti Vladimir Putinin İrana S-300 raketdən müdafiə sistemi göndərilməsi qərarını ləğv etdiyini yazır. Məlumata görə, Putinin qərarının səbəbi, İranın sözügedən Rusiya silah sistemlərini Hizbullaha göndərməsi ehtimalıdır. Xəbərdə İranın sözügedən raketdən müdafiə silahlarını Hizbullaha göndərməməklə bağlı söz verdiyi, lakin bu sözünü yerinə yetirmədiyi bildirilir.
Rusiya və İranın Suriyaya göndərdiyi müasir silahların Hizbullahın əlinə keçməsindən narahatlığını tez-tez dilə gətirən İsrail baş naziri Benyamin Netanyahu isə bir müddət əvvəl açıqlamasında bildirirdi: "İranın Suriya üzərindən Livandakı Hizbullaha müasir silahlar göndərməsinə razı olmarıq. Golan təpələrində İsrailə qarşı ikinci bir terror cəbhəsinin açılmasını da qəbul etmərik. Bunlar İsrailin qırmızı xəttləridir".
Moskvanın bu qərarı Körfəz ölkələrinin Hizbullahı terror təşkilatı elan etdiyi bir vaxta təsadüf edir. Ekspertlərə görə, Rusiya bu qərarla, ABŞ-ın İranla nüvə razılaşması imzalamaqla narazı saldığı Körfəz ölkələrilə yaxınlaşmağa çalışır.
İranla imzalanan nüvə razılaşmasından sonra ABŞ-la Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinin əlaqələrində yaşanan gərginlikdən faydalanmaq istəyən Rusiya bu ölkələrlə əlaqələrini daha da artır. Moskvanın Hizbullahın əlinə keçməsindən şübhə edərək S-300-ləri İrana verməkdən imtina etməsi Körfəz Əməkdaşlıq Şurası ölkələri üçün müsbət bir qərardır. Çünki Səudiyyə Ərəbistanının Livan təhlükəsizlik qüvvələrinə vərəcəyi 4 milyard dollarlıq yardım qərarından imtina etməsi ilə ortaya çıxan Səudiyyə Ərəbistanı-Hizbullah gərginliyi altı ölkədən ibarət Körfəz Əməkdaşlıq Şurasının Hizbullahı terror təşkilatı elan etməsilə bəticələndi.
Təşkilatın Livana hərbi yardımları kəsməsilə başlayan və Hizbullahı terror təşkilatı elan etməsilə davam edən böhranın əsl səbəbinin Hizbullahın Livan siyasətini İrana istiqamətləndirmək cəhdi olduğu bildirilir.
Səudiyyə Ərəbistanı Livana göndərmək üzrə Fransadan sifariş edilən 3 milyard dollarlıq hərbi yardımı, özü istifadə edəcəyini açıqlayıb. Livana qarşı 4 milyard dollarlıq hərbi yardımı ləğv etdiyini açıqlayan Səudiyyə Ərəbistanı, İrandakı Səudiyyə diplomatik korpuslarına qarşı hücumları Livanın qınamamasının da bu qərarının verilməsinə səbəb kimi göstərmişdi. Səudiyyə mətbuatına görə, Hizbullah Livan hökumətinin sözügedən hücumları pisləməsinə mane olub.
Rusiya 2007-ci ildə İrana 800 milyon dollar dəyərində S-300 raket sistemi satmaqla bağlı razılaşma imzalamışdı. Ancaq ABŞ və İsraildən gələn etrazlardan sonra 2010-ci ildə raket sisteminin Tehrana göndərilməsi təxirə salmışdı. İranın Qərblə əldə etdiyi nüvə razılaşmasının ardından Rusiya S-300 sistemlərinin İrana göndəriləcəyini açıqlamışdı, ancaq bu qərar İsrail tərəfindən sərt etirazla qarşılanmışdı.