İngiltərənin Ankara səfiri Richard Moore terrorçu PKK-PYD əlaqəsi ilə bağlı maraqlı açıqlamalar verib.
Baki-xeber.com xəbər verir ki, PYD və YPG-nin PKK ilə əlaqəsinin fərqində olduqlarının deyən Moore "belə bir əlaqənin olma ehtimalını rədd etmək axmaq bir davranış olardı" deyə bildirib.
O, bildirib ki, PYD-nin bütün ofislərinə Öcalanın portreti asılıb: "Birləşmiş Krallıq PKK-ilə mübarizədə Türkiyənin ən yaxşı ortağıdır. PKK-ya Birləşmiş Krallıqda sərbəst hərəkət etməməsi və maliyyə qaynaqlarını kəsmək üçün ciddi əməliyyatlar keçiririk. Təbii ki, biz PYD və YPG ilə bağlı da sadəlövh deyilik və ya gözümüz bağlı deyil. Bu qrupların PKK ilə bəzi əlaqələrinin olduğunu biz də görürük. Belə bir əlaqənin var olması ehtimalını rədd etmək axmaq bir davranış olar. Çünki YPG-nin və PYD-nin hər hansı bir ofisinə, iş yerinə getsəniz onların divarlarında Abdullah Öcalanın portretini görə bilərsiniz.
Ancaq PYD və YPG Suriyanın bir gerçəyidir. Biz bunları görməzdən gəlməməliyik. Suriyada həqiqətən əhəmiyyətli bir rol oynadıqlarını düşünürük, xüsusilə İŞİD-lə mübarizə mövzusunda. Bunlar Suriyanın həqiqətləridir, gözardı etmək mümkün deyil. Amma sadəlövh deyilik. Xarici işlər nazirimiz də qısa müddət əvvəl açıqladığı kimi, biz YPG-nin Rusiya ilə təmasının da fərqindəyik və bu bizi çox narahat edir”.
"YPG Afrində irəliləməyə başlayanda xüsusilə Türkiyənin, bizim və digər ölkələrin dəstəklədiyi mülayim müxalif qüvvələrə qarşı hücuma başlayanda onlara Rusiya təyyarələri dəstək verdi və YPG-nin önündəki müxalif qruplar Rusiya təyyarələri tərəfindən bombalandı. Bu çox açıq bir koordinasiyanın olduğunu göstərir. Buna görə də Türkiyə haqlıdır. Cenevrədə keçiriləcək müzakirələrdə YPG müxalifləri təmsil edən qrupda yer ala bilməz. Çünki YPG müxalif qüvvələrin parçası deyil. Amma təbii ki sülh prosesi irəlilədikcə suriyalı kürd xalqının da bu sülh prosesində təmsil olunmasının gərəkliyini hamımız qəbul edirik. Bunu Türk dostlarımızdan da gizlətmirik.