İran ilk dəfə silahlı pilotsuz təyyarələrlə Suriyanı bombalayır. Məlumata görə bununla bağlı görüntülər silah araşdırmaçıları tərəfindən ortaya çıxarılıb.
Fevralın 4-də İranda İnqilab Keşikçilərinin "Şahid 129” adlı silahlı pilotsuz təyyarələrin ölkənin cənub-şərqində Əfqanıstan və Pakistan sərhədində əməliyyat keçirdiyinıə dair xəbərlər yayılıb.
Silah araşdırmaçısı Qalen Rayt "Şahid 129”un Pakistan yaxınlığındakı Konarak hava limanında keçirdiyi uçuşlardan başqa Suriyanın Hələb şəhərinə hücumlarda da iştirak etdiyini təsbit etdiklərini bildirib.
Bu təyyarələrin Dəməşq səmalarında 2014-ci ildən bəri uçuşlar həyata keçirildiyi bildirilsə də, heç bir əmməliyyatda istifadə edilmirdi. Ancaq bu xəbərdən belə məlum olur ki, İran ilk dəfə bir pilotsuz təyyarə ilə Suriya torpaqlarını hədəf alıb.
"Şahid 129” 24 saat havada qalmaq qabiliyyətinə malikdir. Təyyarə təxminən 8 kilometr yüksəyə qalxa bilir. Bu təyyarənin 8 ədəd raket, ya da lazerlı idarə olunan bomba daşıma gücü var.