Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan doğma vətənlərindən qaçqın düşmüş suriyalılarla bağlı tarixi təkliflə çıxış edib.
Baki-xeber.com xəbər verir ki, Avropa ölkələrinə suriyalı qaçqınlarla bağlı birlik çağırışı edən Ərdoğan onlar üçün şəhər salmağı təklif edib. O bildirib ki, son 5 ildə Suriyadan gələn qaçqınlara 10 milyard dollar xərclənib: "Hələ bələdiyyələrin xərclədiyi pulları demirəm.
Əl-ələ verək, Suriyanın şimalında bir şəhər yaradaq. 4500 kvadrat km ərazidə şəhər salaq. Yerli arxitektura ilə Suriyanın şimalında Türkiyəyə yaxın bir bölgədə bu şəhəri yaradaq.
Bunu cənab Obama ilə də danışdıq. Amma əsas məsələ qərar verməkdir, icrasına başlamaqdır".