"ABŞ əsgərləri Pakistanın nüvə təhdidinə görə Əfqanıstanda qalmalıdır". Bu açıqlama ilə ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp çıxış edib.
Baki-xeber.com xəbər verir ki, ABŞ prezidentliyinə Respublikaçı namizəd seçki danışıqlarında Əfqanıstanın işğalı ilə əlaqədar açıqlamlar verib. Tramp 2001-ci ildə Əfqanıstanın işğalının böyük bir səhv olduğunu desə də Pakistanın nüvə gücünə görə ABŞ əsgərlərinin Əfqanıstanda qalmasının vacibliyini bildirib.
Keçən il bir qəzetə verdiyi müsahibəsində Tramp Pakistanın dünyanın ən təhlükəli ölkəsi olduğunu və bu ölkənin nüvə silahlardan təmizlənilməsinin vacib olduğunu demişdi. Tramp həmçinin Hindistanın Pakistanı idarə edə biləcək nüvə ölkəsi olduğunu bildirmişdi.