Rusiya hərbi kəşfiyyat idarəsinin rəhbəri general Iqor Serqunun ölümü ilə əlaqədar sensasiyalı iddia ortaya atılıb. Baki-xeber.com xəbər verir ki, Livan qəzeti "El-Akbar” Sergunun yanvar ayında gizli bir missiya üçün getdiyi Livanın paytaxtı Beyrutda öldürüldüyünü yazıb.
Kremlin 59 yaşlı Serqunun ölümünü yanvarın 4 açıqlamışdı. Onun Moskvada ürək tutmasından həyatını itirdiyi bildirilmişdi. Ancaq Serqunun ölümünün ardından Rusiya kəşfiyyat şefinin Livanda ölmüş ola biləcəyinə dair iddialar ortaya atıldı.
Qəzetə görə, Serqun ölümündən qısa bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putinin Bəşər Əsəddən iqtidardan getmək tələbini ona çatdırmaq üçün Suriyaya göndərilib.
İddialara görə o, Suriyaya göndərildikdən 3 həftə sonra ölüb.
"El Akbar” Londondakı diplomatik mənbələrə istinadən yazır ki, Serqun bir çox Ərəb və Orta şərqli kəşfiyyat təşkilatlarının da iştirak etdiyi gizli bir toplantı zamanı öldürülüb. Mənbə bir az da irəli gedərək Türkiyənin Serqun sui-qəsdində barmağı ola biləcəyini iddia edib.
Mənbəyə görə, Ankaranın bu müdaxiləsi də, Rusiyanın Türkiyə ilə qarşı-qarşıya gəlməsi ilə nəticələnib və iki ölkə arasındakı gərginlik xüsusilə Suriya cəbhəsində ciddi şəkildə yüksəlib.
Bənzər iddialarla İsrailin "Jerusalem Post” qəzeti də çıxış edir.