Bir müddət əvvəl ABŞ rəsmiləri atəşkəs müddətində Suriyada olan İranın idarə etdiyi əcnəbi şiə döyüşçülərin çəkilməyə başladığını açıqlamışdı. Ancaq Türkiyənin "Yeni Şafak” qəzeti İranın ölkədəki şiə döyüşçülərin sayını artırdığını yazır.
Baki-xeber.com xəbər verir ki, İran İnqilab Keşikçilərinin Livan, İraq, İran, Əfqanıstan kimi ölkələrdən Suriyaya minlərlə döyüşmək gətirdiyi və onların Hələbə yerləşdirildiyi bildirilir.
Qəzet, Suriya və İraqda döyüşən bəzi qrupları dəstəkləyən İranın Suriyada PKK-dan da aktiv olaraq istifadə etdiyini xəbər verir.
Qəzet yazır ki, kəşfiyyat qurumlarının əldə etdiyi məlumatlara görə, Cavad adlı bir iranlı komandir PKK-nın Suriya qolu PYD-yə bağlı Suriya Demokratik Qüvvələri təşkilatının rəhbəri Sipan Hemo ilə görüşüb. İranlı generalın PKK komandiri Hemoya 3,5 milyon dollar pul və raket mərmiləri verdiyi bildirilir.