Livan "Hizbullah”ı İslam dünyasının fəxridir. Baki-xeber.com xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuata açıqlamasında deyib.
Livan "Hizbullah”ı İslam dünyasının fəxridir deyən səfir bildirib ki, bəzi ərəb ölkələri tərəfindən "Hizbullah”ın terrorist qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir.
Pakayin Hizbullah müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək əlavə bildirir: "Dünya müsəlmanları "Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu vardır”.
"Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir” – deyə səfir qeyd edib.