Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycanın millət vəkili Fransa Milli Assambleyasında “Xocalı soyqırımı”nı tanımağa çağırış etdi

Image


Mətbuatdan da xəbər verildiyi kimi Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə "Xocalı: Qətliam haqqında həqiqətlər” adlı konfrans-debat keçirildi. Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen olub.

Konfransı giriş sözü ilə açan Jan-Fransua Mansel qeyd edib ki, Xocalı faciəsinin ildönümünə həsr olunan tədbirlərin təşkilində əsas məqsəd Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaq, Xocalı qətliamı haqqında həmvətənlilərinə ətraflı məlumat verməkdir. Məruzələrdən öncə Heydər Əliyev Fondunun hazırladığı "Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev regionun Xocalı qətliamına qədərki tarixi ilə bağlı məruzə ilə çıxış edib. Çıxışına Qafqaz regionunun tarixini şərh etməklə başlayan Cavanşir Feyziyev bu regionda XIII əsrədək dövlətçilik ənənəsinə malik olan yeganə ölkənin məhz Azərbaycan olduğunu vurgulayıb. Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan dövlətçiliyinin və xalqının tarixində oynamış olduğu faciəvi rolunu konfrans iştirakçılarına izah edib. Deputat XVIII əsrin 2-ci yarısından başlayaraq son iki yüz il ərzində Azərbaycan torpaqlarının getdikcə erməniləşdirilməsi və bu prosesin ərazinin aborigen əhalisi olan azərbaycanlıların kütləvi qırğını və deportasiyası hesabına həyata keçirildiyini tarixi faktlarla və onları əks etdirən xəritələrin təqdimatı ilə konfrans iştirakçılarının diqqətinə çatdırıb. 1918-ci ildə cəmi 9 min kv. km ərazidə Azərbaycan torpaqlarında yaradılmış ilk erməni dövlətinin ərazisinin keçən 100 il ərzində xarici güclərin bilavasitə dəstəyi ilə, məhz Azərbaycan torpaqlarının etnik təmizlənməsi hesabına təxminən 40 min kv.km-ə çatdırıldığını qeyd edib.

Deputat konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları da çatdırıb. O, erməni silahlılarının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərini işğal etməsindən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb. Bu faciə ilə bağlı Serj Sarkisyanın söylədiyi fikirləri xatırladan deputat dünya birliyinin bu hadisələrə biganə münasibət sərgilədiyini və soyqırım aktını həyata keçirən şəxslərin bu gün Ermənistanı idarə etdiyini və bunun dözülməz olduğunu diqqətə çatdırıb.

Xocalıda insanlığa qarşı dəhşətli cinayət aktının törədildiyinə və bu qətliamın Cenevrə Konvensiyalarının müvafiq maddələrinə müvafiq olaraq soyqırım aktı olduğuna əminliyini bildirən deputat Cavanşir Feyziyev Xocalı qətliamının artıq dünyanın bir sıra ölkələri tərəfindən, eləcə də Amerikanın 20-dən çox ştatı tərəfindən "Soyqırım aktı” kimi tanındığını bildirib. Çıxışının sonunda, Milli Məclisin deputatı beynəlxalq siyasətdə ənənəvi olaraq insan haqlarının müdafiəçisi kimi çıxış edən Fransanı və onun parlamentini Xocalı soyqırımını tanımağa və bununla da Xocalıya ədalətin təmin olunmasına öz töhfələrini verməyə çağırıb.

Tarixçi Maksim Quen erməni ASALA terror təşkilatından, onun həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. ASALA erməni təşkilatının müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb və bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. Parisdə Orly aeroportunda baş verən terror aktının qurbanlarının sayının göstərildiyindən də çox olmasına baxmayaraq bu günədək onların xatirəsinə heç bir xatirə lövhə qoyulmadığını bildirib və bu terror aktının, eləcə də Xocalı soyqırımının lazımı səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğunu vurğulayıb.

Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode də öz növbəsində Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib. Münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu və 800mindən çox insanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlardan, 250min azərbaycanlının isə Ermənistandan - öz doğma yurdlarından qovulduğunu bildirib. Azərbaycan hökumətinin 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi ilə bağlı üzləşdiyi çətinliklərdən danışıb. Geosiyasət üzrə ekspert Azərbaycanın regionda ən güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini söyləyib.

Məruzələrdən sonra davam edən müzakirələr zamanı senator Natali Qule Minsk qrupunun təkcə həmsədr dövlətlərinin yox, eləcə də digər üzv dövlətlərinin məsələyə münasibətinin vacib olduğunu qeyd edib. Vəkil Olivye Pardo Xocalı faciəsi ilə bağlı Figaro qəzetində məqalə vermək istədiyini və bu məqsədlə qəzetin baş redaktoru ilə bu haqda danışmasına baxmayaraq erməni diasporunun məqalənin dərc olunmasına hər vəchlə mane olduğunu bildirdi.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı soyqırımının 24 –cü ildönümünə həsr edilmiş konfransın təşkilinə görə təşəkkür edib və 26 fevralın Azərbaycan xalqı üçün həm matəm, həm də ümid günü olduğunu bildirib. "Bu gün Xocalı qurbanlarının anım günü, eləcə də həmrəylik günüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi regionda ədalətin bərqərar olunması və fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır.” Səfir bildirib ki, faciə ilə bağlı cəzasızlıq Ermənistana müttəfiqlərinin köməyi ilə etnik təmizləmə aparmaqda və Azərbaycan ərazilərinin işğalını davam etdirməsinə imkan verib. Səfir Ermənistanın qeyri-konstruktiv və təcəvüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqətə çatdırıb.

Tədbirə qatılan Türkiyənin Fransadakı səfiri Hakki Akil Xocalı soyqırımı zamanı Parisdə olduğunu və bu faciənin fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib. Konfransda həm məruzəçilər, həm də iştirakçılar Fransa mətbuatının hadisələrə ikili standartlar əsasında yanaşdığını diqqətə çatdırıblar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ