Ukrayna Böyük Monqol imperatoru Çingiz Xanın nəvəsi Batu xanın XIII əsrdə Kiyevi dağıtmasına görə, Monqolustandan təzminat istəyir.
Baki-xeber.com Ukraynanın "Narodnıy Korrespondent” qəzetinə istinadən xəbər verir ki, Ukrayna parlamenti Monqolustana təzminat məktubu göndərib.
Monqolustanın Rusiya səfirliyinin mətbuat sözçüsü Lxaqvasuren Namsray bildirib ki, Rada, Monqolustan parlamentinə XIII əsrdə Qızıl Orda dövlətinin hökmdarı Batu xanın Ukrayna xalqına qarşı soyqırım törətdiyini iddia edən rəsmi bir məktub göndərib və təzminat istəyir.