İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general Muhsin Rza İranda keçirilən son parlament seçkilərində ortaya çıxan nəticələrdə xarici qüvvələrin böyük təsiri olduğunu iddia edir.
Baki-xeber.com bildirir ki, o, konkret olaraq keçən il Tehrana gələn ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) əməkdaşının seçkinin nəticələrinə təsir edə biləcək fəaliyyətlərdə olduğunu deyib.
Rza, son parlament seçkiləri öncəsi düşmən qüvvələrin İranda böyük diametrli bir "yumşaq müharibə" apardığını iddia edib.