Suriya rejimi atəşkəsdən istifadə edib kimyəvi silah istifadə edərək beş illik vətəndaş müharibəsinə son qoymaga hazırlaşır. Baki-xeber.com bildirir ki, bu iddia ilə İsrail müdafiə naziri Moşe Yaalon çıxış edib.
İsrailin "Jerusalem Post” qəzeti yazır ki, Tel Avivdə bir konfransda çıxış edən Yaalon bildirib ki, Suriya rejimi atəşkəs müddətində mülki vətəndaşlara qarşı kimyəvi silah istifadə edərək beş illik vətəndaş müharibəsinə son qoymağı planlaşdırır: "Suriya rejimini dəstəkləyən əsgərlər kimyəvi silahdan istifadə edir. Xüsusilə atəşkəsin başladığı bu günlərdə mülki şəxslərə qarşı xlor bombalar istifadə edilir. Elan edilən atəşkəsin ardından vətəndaşların təpəsinə xlor bombalar boşaldırlar".
İsrail Suriya müharibəsində Əsəd və İranı tənqid etməklə yanaşı, rejimin ən böyük dəstəkçisi Rusiya ilə də koordinasiyalı hərəkət etməyə çalışır.