Bazar günü günü, 22 noyabr 2026
     

Qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı

Image


Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların yaşadığı ikinci böyük yaşayış mərkəzi idi. 1990-cı ildə şəhər statusu almışdı. Dağlıq Qarabağdakı yeganə Hava limanı Xocalıda yerləşirdi. Erməni silahlı qüvvələri Xocalı şəhərinə gecə saat 22 radələrində quldurcasına hücum edib, əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutub, sonra isə çoxsaylı tanklar və zirehli maşınlar vasitəsilə şəhərə daxıl olub, evlərində yatan dinc əhalini vəhşicəsinə məhv etməyə başlayıblar.
Vəhşiləşən ermənilər azərbaycanlıları xüsusi amansızlıqla işgəncə verərək öldürürdülər. Onlar mühasirədən çıxıb qaçan azərbaycanlıları da yollarda, keçidlərdə, meşələrdə pusqu quraraq tutur, vəhşicəsinə məhv edirdilər.
Bu gün Xocalı adlı bir şəhər yoxdur, çünki 26 fevral 1992-ci ildə burada yaşayanlar soyqırıma məruz qalıb, bu şəhər erməni daşnakları tərəfindən yandırılıb, yer üzündən silinib. Bu məsələyə beynəlxalq hüquq baxımından yanaşanda Xocalıda törədilən soyqırım rəsmən ortaya çıxır.
Bilindiyi kimi, Azərbaycan Milli Məclisi Xocalıda ermənilər tərəfindən törədilənləri 1994-cü ildə soyqırım olaraq qəbul edib və qərar çıxarıb. Heç şübhəsiz, türk dövlətlərinin Milli Məclisləri də belə bir qərarı qəbul etməlidirlər. Bu onların borcudur. Doğrudur, Ankara Keçiören bələdiyyəsi belə bir qərar çıxarıb və bir abidə tikdirib. Bu, Türk dünyasındakı bütün bələdiyyələrə bir nümunə olmalıdır. Türkiyə, Azərbaycan və dünyanın bir çox bölgəsində yaşayan türklər cəm halında "Lahey Ədalət Divanında" cinayət işinin qaldırılmasına səy göstərməlidirlər.
Heş şübhəsiz, ilk növbədə Türkiyə və Azərbaycan dövlətləri Xocalı soyqırımını təbliğ edən birgə təşkilatlar yaratmalı, yalnız Anadolu və Azərbaycan türkcəsində deyil, ingiliscə, fransızca və bütün qərb dillərində, eləcə də rus, fars və ərəb dillərində yayımlar ortaya qoymalıdırlar. Bu da bir həqiqətdir ki, dövrümüzdə informasiya əsas rolu oynamaqdadır. Ona görə də bu imkandan istifadə edilməlidir.
Azərbaycan Milli Məclisi fevralın 26-nı Xocalı soyqırımı günü elan edib, hər il fevralın 26-da Xocalı soyqırımını anma tədbirləri keçirir. Bu tədbirləri bütün Türk dünyası keçirməli, ermənilərin kimliyini bütün dünyaya yaymalıdır.
Bütün dünyanın gözü qarşısında törədilən bu qətliama BMT, AB kimi beynəlxalq təşkilatlar lazım olan qiyməti verməyiblər. Doğrudur, BMT Təhlükəsizlik Şurası yeddi ay ərzində dörd dəfə! - 822, 853, 874 və 884 saylı qətnamələr çıxarıb. Amma dünyanın ən mötəbər təşkilatının çıxardığı bu qətnamələr hələ də həyata keçməyib. Azərbaycan torpaqları hələ də ermənilər tərəfindən işğal altında qalmağa davam edir. Dünyanın ən gözəl bölgələrindən biri olan Qarabağ bölgəsi qaniçən erməni daşnaklarının tapdağı altında qalmağa davam edir, dünyanın ən gözəl nöqtələrindən biri olan gözəlim Şuşa bu haydutların tapdağı altında inləməyə davam edir, güclü dövlətlər başda olmaqla bütün dünya ictimaiyyəti də bu gözəl bölgənin ermənilər tərəfindən yandırılıb-yaxılmasına biganə qalırlar. Avropa Şurası 25 yanvar 2005-ci il tarixli 1416 saylı qətnaməsində Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxladığını qeyd edib. Bu hadisələrə seyrçi qalan BMT və Qərb dövlətləri ermənilərin törətdikləri qətliamlara və işğal hərəkətlərinə qarşı ciddi reaksiya göstərmirlər. İngilis hökuməti Xocalı qətliamını hərtərəfli incələyib, ermənilərin törətdiyi qətliamı insanlığa qarşı törədilən bir cinayət olaraq qəbul edib, fəqət bu cinayəti törədənlərin cəzalandırılması istiqamətdə heç bir hərəkət etməyibdir. ABŞ Konqresinin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü dr.Barton konqresi Xocalı soyqırımını tanımağa çağırıb və təmsilçilər quruluşunun iclasındakı çıxışında, ABŞ Konqresi Xocalı soyqırımını tanımaqla beynəlxalq cəmiyyətin uzun illərdən bəri bu mövzu ilə əlaqəli səssizliyini pozacaq" - deyibdir. Göründüyü kimi, yuxarıda qeyd etdiklərimiz bəzi rəsmi şəxslər tərəfindən sözdə ifadə edilir, amma BMT-nin çıxardığı qərarlar hələ də nəticəsiz qalır.
Bu da bir həqiqətdir ki, beynəlxalq cəmiyyətlərin, xüsusilə ABŞ-ın Xocalı faciəsi ilə məlumatlanmasında, Xocalı qırğını başlamadan bir neçə saat əvvəl bir vertolyotla o bölgənin xaricinə çıxa bilən və gördüklərini ilk olaraq dünya ictimaiyyətinə çatdıran amerikalı yazıçı-jurnalist Thomas Qoltsın qeydləri önəmli yer tutur. Thomas Qolts yazdığı "Azərbaycan gündəliyi" adlı kitabında Xocalı şəhərində gördüklərini, orada olan Azərbaycan ordusunun komandiri ilə danışdıqlarını, bütün xatirələrini təfsilatı ilə oxuculara çatdırır. Onun qeydlərinə görə, oradakı komandir 45 nəfərlik bir hərbi hissəyə rəhbərlik edirmiş, gündə iki dəfə gələn bir vertolyotla ancaq özlərinə çatacaq qədər mərmi gətirirmiş. Əsgərlərin qidaları yox deyiləcək qədər az, aclıq çox ciddi səviyyələrə çatmış vəziyyətdə olub. 18-20 nəfər daşıyabiləcək gücdə olan vertolyot, hər gəldiyində 35-40 adamı qorxulu bölgədən çıxarırmış. Çünki qətliam gəlirəm deyir, soyqırım gəlirəm deyirmiş.
Əfsuslar olsun ki, bu ağır faciə dünya ictimaiyyətində lazımi dərəcədə əks-səda yaratmayıb, demokratiyadan dəm vuran dövlətlər bu faciəyə öz etiraz səslərini ucaltmayıblar. Eybəcər şəklə salınan meyitlər ətrafda tökülüb qalırdı. İnanmaq olmurdu ki, insan belə vəhşiliyə və alçaqlığa qadir ola bilər. Başı, burnu, qulağı kəsilən, gözü çıxarılan meyitlər çox idi, bir çox meyitin başının dərisi soyulmuşdu. İnsanlıq tarixində heç bir millət, hətta faşistlər belə bu cür cinayətlər törətməyiblər. Belə qeyri-insani yırtıcılığı ancaq bütün qanı, şüuru ilə türkə nifrət bəsləyən ermənilər edə bilərdilər. Buna görə də həmin faciəni bütün dünya ictimaiyyətinə çatdırılması və onun əsl soyqırım kimi beynəlxalq təşkilatlarda qəbul olunması naminə soyqırımı haqqında yeni-yeni əsərlər yazmaq Azərbaycan elm adamlarının üzərinə düşən bir vəzifədir. Doğrudur, bu mövzuda bəzi işlər görülübdür, amma yenə də, ermənilərin, bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşiliklər və qeyri-insani cinayətlər törətdiklərini və törətməyə davam etdiklərini dönə-dönə yazıb dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
Törədilən cinayətin cəzasız qalması yeni cinayətlərin törədilməsinə rəvac verir. Bu gün Ermənistan tərəfindən qonşu ölkələrin torpaqlarına göz dikilməsi işğalçı Ermənistan Respublikası barəsində beynəlxalq aləmdə yaradılan cəzasızlıq mühitinin nəticəsidir. Heç şübhəsiz, nə tarixi həqiqətlərə, nə də bugünkü siyasi reallıqlara uyğun gəlməyən, mövcud beynəlxalq hüquq normalarını kobudcasına pozan, bəşəri əxlaq meyarlarına zidd olan, azğın xəyallarını yerinə yetirməyə çalışan ermənilərə qarşı beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Yəni Ermənistan təcavüzkar bir dövlət kimi elan edilməli, erməni silahlı qüvvələri Azərbaycan ərazilərindən qeydsiz-şərtsiz çıxarılmalı, Xocalı soyqırımının iştirakçıları R.Koçaryan və S.Sarkisyan Yuqoslaviyanın keçmiş Dövlət rəhbəri S.Miloşeviç kimi mühakimə olunmalı, cəzalandırılmalıdırlar.
Azərbaycan türkünün taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi, onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz torpağında bu namərdlərə yer verməsidir. Ey Əkrəm Əylisli! Gör bütün dünyada tanınmış qələm sahibi A.S.Puşkin sənin təriflədiyin ermənilər haqqında nələr deyib: "Ey erməni, sən vəhşisən, qatilsən, cinayətkarsan, qorxaq və satqınsan, şəhər və kəndləri viran qoyan bayquşsan, bütün bunlara baxmayaraq, səni qınamıram, çünki sən ermənisən".
Məhz belə bir mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, türk millətinə qarşı müxtəlif soyqırımlar, terror aktları, repressiyalar həyata keçiriblər.
1992-ci il fevral ayının 26-da ermənilər tərəfindən törədilən Xocalı faciəsi Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırım siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olan, əsir və girov düşən, qətlə yetirilən insanların rəqəmlə ifadə olunan siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülən dəhşətli məqamları seyr etmək mümkün deyildir. Çünki tükürpərdici mənzərələr adamın varlığına vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır? Bu səbəbdən də bəşər tarixində heç bir xeyirxah əməlin sahibi olmayan ermənilər haqqında pis fikirlər mövcuddur.
26 fevral 1992-ci il... 24 ildir ki bu tarix XX əsrin son onilliyinin köksündə günahsız bir gün olaraq qapqara qaralır. İnsanlıq faciələrinə biganə qalmayanların nəzərində həmin o gün də təcavüz qurbanıdır. İnsanlığını itirib vəhşiləşənlərin, körpə, cavan, qoca qanına susamışların qara əməllərini həmişə yada salacaq o gün. İnsan adını xar edən, rüsvayçılıq sütununa sarılmalı bu havadarlı cəlladlar, təəssüflər olsun ki, hələ də cəzasız qalırlar. Bu boyda dünyada onların yaxasından tutub cəllad damğası yapışdıran, layiq olduqları adı onlara qoyan hələ ki, tapılmır. Axı şər şirnikləndirildikdə əl-qol açar, zaman-zaman yenidən baş qaldırar.
Həmişə gözü onun-bunun torpağında olan, tez-tez ərazi iddiaları qaldıran və bunun naminə hər cür cinayətə qanlı imza atanların ünvanı və himayəçiləri çoxdan bəllidir. Onların izləri düşdüyü yerlərdən silinməyib. Xocalı xarabalıqları onların avtoqrafıdır.
İyirmi dörd il bundan əvvəl 26 fevral günü dünya səviyyəli adamlardan səs çıxmadı. Onlar heç nə olmayıbmış kimi susmağa ustünlük verdilər. Dünya biganəlik xəstəliyinə, bəşər unutqanlıq mərəzinə tutulmasın gərək. Yandırılan, yerlə yeksan edilən Xocalının ahı iyirmi dörd ildir göyləri dolaşır. Başı kəsilən qocaların, güllələnən, təcavüzə uğrayan qadınların, qanına qəltan edilən körpələrin haqqı hələ də yerdə qalır. Dilsiz-ağızsız körpələrə toplardan, tanklardan atəş açanlar hələ də qorxusuz-hürküsüz yer üstündə gəzib-dolaşırlar. Xocalıda göylərə dirənən ah-nalə yer üzündən heç vaxt silinməyəcək, ən azı bəşər tarixinin səhifələrinə çöküb qalacaqdır. Bu şəhərdə güllə yağışına tuş gələn körpələr boy atıb böyümək, yaşamaq istəmirdilərmi? Ey Əkərm Əylisli! Sən bu işə necə baxırsan? Onlar nə üçün doğulmuşdular? İnsanlıq simasını büsbütün itirən cəllad erməni güllələrini zərif bədənlərində soyutmaq üçünmü? O körpələri, uşaqları unutmaqmı olar? Külə dönmüş Xocalını yaddan çıxarmaq mümkündürmü? Yağı gülləsinə tuş gələn heç bir insanımızı unutmağa haqqımız yoxdur! Onların xatirəsi bizi nəyin bahasına olursa olsun torpaqlarımızın hər qarışını geri almağa səsləyir. Biz onların göylərimizdə dolaşan harayını eşitməli, incik ruhlarını sevindirməliyik.
Hesab edirəm ki, Xocalı faciəsi Azərbaycan türkünün başına gətirilən o qədər dəhşətli bir faciədir ki, onun haqqında həmişə danışılmalı və bu mövzu dünya ictimaiyyətinin gündəmində tutulmalıdır. Məsum insanların vəhşicəsinə qətl edildikləri cinayətlərin isbatını ortaya qoyan rəsmi sənədlər, lentə çəkilən görüntülər belə var ikən Xocalı faciəsinin unudulmasına imkan verilməməlidir. Təəssüflər olsun ki, iyirmi dörd il keçməsinə baxmayaraq bu faciənin dəhşətləri beynəlxalq aləmdə, dünya ictimaiyyətinin rəyində özünün həqiqi və layiqli qiymətini ala bilməyibdir. Belə biganəlik həm də onunla təhlükəlidir ki, bəşəriyyətə qarşı çevrilən bu kimi fəlakətlərin bundan sonra da baş verməsinə zəmin yaradır. Yəni faciəni törədən canilərin cəzasız qalmaları, insan sevgisindən uzaq olan və mənfəət ardınca qaçan millətləri yeni-yeni cinayətlər törətməyə sövq edir.
Heç şübhəsiz, Türk millətinə qarşı yönəldilən bu məqsədyönlü soyqırım siyasəti insanlıq və bəşəriyyət tarixində qara bir ləkə kimi qalacaqdır. XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının bütün dünyada törədilən ən böyük cinayətlərdən biri olduğu və erməni qəsbkarların vəhşilikləri beynəlxalq aləmə bildirilməli, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilməli, Xocalı vəhşətinin dünya dövlətləri və beynəlxalq quruluşlar tərəfindən soyqırım olaraq tanınması üçün lazım olan addımlar atılmalıdır.
BMT-nin soyqırım haqqında 96(1) saylı qərarına görə soyqırım, insan qruplarına yaşama haqqı tanımamaqdır. Beləliklə, hansı səbəblə, zamanda və yerdə olursa olsun, ciddi sayda insan ölümü soyqırım cinayəti sayılır. Yəni ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri qırğın tam mənası ilə soyqırımdır, yəni, BMT soyqırım haqqında 96(1) saylı qərarına əsaslanaraq Xocalı soyqırımını qərara bağlamalıdır!
Rəsmi məlumatlara görə, o gecə 613 nəfər şəhid olub, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir düşmüş, erməni zülmünə, təhqirlərinə məruz qalı,. Ermənilər Azəri türklərinin gözlərini oyaraq, burunlarını, qulaqlarını kəsərək, başlarının dərisini soyaraq qeyri-insani hərəkətlərlə, vəhşicəsinə öldürmüş, bir çoxunun cəsədlərini yandırmışlar. Yer kürəsinin ən gözəl nöqtələrindən birində, öz ata-baba yurdunda yaşamaqdan başqa bir günahı olmayan bu insanlar işgəncə verilərək şəhid edili,lər.
Xocalı soyqırımının adı necə olursa olsun, kim tərəfindən kimə qarşı hansı şərtlərdə olursa olsun nəticəsi vahiməli hadisələrin yaşandığı bir vəhşətdir.Hal belə ikən insanlığa yaraşmayan bu qırğının ancaq və ancaq Azərbaycan və Türkiyə tərəfindən yad edilərək qınanması, həqiqətən də çox üzücüdür. Digər tərəfdən, bu soyqırımın ardından iyirmi dörd il keçməsinə baxmayaraq, hələ də dünya ictimaiyyətinin bitərəf qalması, təəssüflər olsun ki, daha üzücü və düşündürücüdür.
Heç şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində baş verən vəhşətin bir soyqırım olduğunun beynəlxalq cəmiyyətdə qəbul edilməsi üçün qanuni bir prosses başladılmalıdır. Azərbaycan dövləti Lahey Ədalət Divanına müraciət edərək 1948-ci il dekabr ayının 9-da BMT tərəfindən qəbul edilən "genosid müqaviləsi" çərçivəsində cinayət işi açdırmalıdır. Bu müraciətdə lazım olan dəlillər çərçivəsində Ermənistan rəhbərləri R.Koçaryan və S.Sarkisyan Xocalı soyqırımını həyata keçirən cinayətkarlar olaraq göstərilməli və onların cəzalandırılmaları tələb olunmalıdır!!!
26 fevral 1992-ci il... Xocalı soyqırımı kimi tarixləşdi bu müdhiş gün. 1941-1945-ci illər müharibəsində Belorusiyanın Xatın kəndində də belə bir faciə baş vermişdi. Dünya hələ də bu kənd-qəbiristanlığına gəlib illərin faciəsini gözlərinə köçürür. Bəs Xocalı faciəsi?! 65 il əvvəl baş verən hadisələrlə maraqlananlar, ermənilərin bu çox yaxın keçmişdə Xocalıda törətdikləri vəhşilikləri görmədilərmi? Soyqırım deyirlər. Bəs onda ermənilərin Xocalıda törətdikləri qırğınlar soyqırım deyildirmi? Yaxşı, əgər Xocalıda törədilənlər soyqırım deyilsə, bəs onda biz bu vəhşətə nə ad verməliyik? Bu da bir həqiqətdir ki, qan yaddaşımızdan silinməyəcək Xocalı soyqırımı.
Fazil QARAOĞLU,
professor




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ