Britaniya terror təşkilatı İŞİD-in Şimali Afrikada güclənməsinin qarşısını almaq üçün hərəkətə keçdi.
Baki-xeber.com xəbər verir ki, Britaniya ordusu İŞİD yaraqlılarını Liviyadan ölkəyə sızmasının qarşısını alamq üçün Tunis təhlükəsizlik qüvvələri ilə birgə işləyəcək. Müdafiə naziri Mixael Fallon Tunisə 20 hərbi təlim mütəxəssisi göndəriləcəyini bildirib.
İŞİD Liviyadakı xaosdan istifadə edərək sürətlə bu ölkədə yerləşməyə çalışır. Qərb dövlətləri Liviyadakı İŞİD mövqelərini havadan bombalamaq və xüsusi hərbi birliklər göndərməyi planlaşdırır. Ancaq Fallon hələlik Liviyaya hərbi qüvvə göndərməyi düşünmədiklərini bildirib.
Terrorçular Əlcəzair sərhədindən Tunisdəki hərbi məntəqələrə tez-tez hücum edirlər.