Əl Qaidə lideri Usamə bin Ladenin Pakistanda 2011-ci ildə öldürüldüyü evdə ələ keçirilən sənədlərin yeni bölümü açıqlanıb. Sənədlərdə, Bin Ladenin öldürülmədən bir neçə ay əvvəl arvadının dişinə izləmə cihazı yerləşdirilməsindən şübhələndiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Agentliyi Usamə Bin Ladenə aid 2009-2011-ci illər arasında yazılmış 113 sənəd və məktubu açıqlayıb.
Bin Ladenin evinə basqın zamanı ələ keçirildiyi iddia edilən bəzi sənədlərdə, onun ölmədən bir neçə ay əvvəl təqib edildiyinə dair yazışmaları diqqəti çəkir.
Bin Ladenin həyat yoldaşına yazdığı bir məktubda, onun dişini düzəltmək üçün İranda getdiyi bir stomatoloqun dişinə izləmə cihazı yerləşdirə biləcəyindən şübhələndiyi qeyd edilir.
Sənədlərə görə, Bin Laden bildirir: "Mənə İranda bir stomatoloqa getdiyin və dişinin müalicəsilə bağlı narahatlığın olduğu deyildi. Xahiş edirəm, İranda sizi narahat edən şübhəli xəstəxanalıq bir vəziyyəti yarandısa, ya da hər hansı bir həkimin dişinə izləyici cihazı yerləşdirməsindən şübhələnirsinizsə mənə detallı şəkildə deyin".
Digər tərəfdən, Bin Ladenin həyat yoldaşının dərisinin altına izləyici cihazı yerləşdirilməsindən şübhələndiyi, məktubda izləyici cihazlarını "uzunluğu buğda dənəsi qədər, eni isə tel qədər” şəklində təsvir etdiyi qeyd edilir. Bin Ladenin həyat yoldaşından məktubu oxuduqdan sonra onu yox etməyi də tapşırır.
Başqa bir məktubda isə Bin Laden təşkilat üzvlərinin toplantılarını, ABŞ təyyarələrinin izləyə biləcəyi ehtimalına qarşı, mümkün qədər Vəziristan bölgəsində keçirilməməsi təlimatını verir.