Gülən Camaatı MHP ələ keçirməyə çalışır. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin əsas müxalifət partiyalarından biri olan MHP-nin lideri Dövlət Baxçalı açıqlama verib.
Gülən Camaatının sığınacaq axtarışında olduğunu deyən Baxçalı onları partiyanı ələ keçirmək istədiyini bildirib.
Partiya daxilindəki müxalifləri də tənqid edən Baxçalı daha sonra bildirib: "MHP üzərində oyunlar oynanılır. Son vaxtlar MHP-nin ələ keçirərək partiyalaşmaq və siyasi sığınacaq axtarışında olan Gülən Camaatı də bu məqsədlə səhnəyə çıxıb".