Bazar günü günü, 22 noyabr 2026
     

İlham Əliyev qlobal enerji əməkdaşlığının müstəsna vacib şərtini göstərdi

Image


"...bu məsələ hər hansı siyasi formatdan..."

Dünən Bakıda "Four Şeasons" oteldə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib. Prezident İlham Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışaraq, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib.
Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin "Cənub Qaz Dəhlizi"nin reallaşmasında mühüm rol oynadığını bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. "Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur", - deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirməklə, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyərək, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.
"Cənub Qaz Dəhlizi" layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyərək, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. "Cənub Qaz Dəhlizi" layihəsi XXI əsrin tarixi layihəsidir", - deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.
Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını vurğulayıb.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevtsoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışıb. "Biz Avropa İttifaqı olaraq, enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik", - deyən Maroş Şevtsoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu bildirib. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şevtsoviç "Cənub Qaz Dəhlizi" layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edib.
Qısa fasilədən sonra Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı öz işini davam etdirib.
Energetika naziri Natiq Əliyev texniki cəhətdən mürəkkəb layihə olan "Cənub Qaz Dəhlizi" ilə bağlı ötən dövrdə görülən işlərdən danışıb, tədarük olunacaq qazın Avropa ölkələrinin təchizatında mühüm rol oynayacağını deyib. Fransa, İspaniya, İtaliya, Yunanıstan kimi iri Avropa ölkələrinin layihəyə böyük maraq göstərdiyini deyən Natiq Əliyev bu layihənin reallaşmasının yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirib.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak TANAP layihəsinin əhəmiyyətindən danışıb. O, "Cənub Qaz Dəhlizi" layihəsinin mühüm qolu olan TANAP-ın reallaşmasında Türkiyənin siyasi, iqtisadi və texniki dəstəyinin davam etdiriləcəyini bildirib.
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu layihənin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib. Amos Hokstayn enerji təhlükəsizliyi sahəsində mövcud çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb. ABŞ təmsilçisi Birləşmiş Ştatların "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləməkdə davam edəcəyini diqqətə çatdırıb.
Böyük Britaniyanın Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji departamentinin baş direktoru Edmund Hosker bu toplantını təşkil etdiyinə görə Azərbaycan hökumətinə təbriklərini çatdırdı. Ölkəsinin "Cənub Qaz Dəhlizi" layihəsini dəstəklədiyini deyən Edmund Hosker Birləşmiş Krallıq ilə Azərbaycan arasında uğurlu işbirliyindən danışdı, bu layihənin reallaşmasında ölkəmizin rolunu vurğulayıb.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı bütün işlərin cədvələ uyğun yerinə yetirildiyini bildirərək, 2016-cı ilin layihənin icrasında mühüm dövr olacağını diqqətə çatdırıb.
Trans-Anadolu qaz kəməri layihəsinin baş meneceri Saltuk Düzyol TANAP kəməri üçün ilk qazın 2018-ci ildə tədarük olunacağını, 2020-ci ildən isə qazın axınının başlanacağını bildirib. TANAP-ın baş direktoru layihənin texniki göstəriciləri barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.
Sonra TANAP layihəsi ilə bağlı qazanılan nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Trans-Adriatik qaz kəməri layihəsinin icraçı direktoru İn Bradşav TAP-ın tikintisinə 2016-cı ildə başlanacağını bildirib. O, slaydlar vasitəsilə layihə çərçivəsində görülən işlərdən danışıb. "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev, Asiya İnkişaf Bankının özəl sektor əməliyyatları üzrə baş direktoru Tod Frilyand, Avropa İnvestisiya Bankı Qrupunun nümayəndəsi Massimo Deufemia, Avropa Yenidənqurma və İnkişaf Bankının baş rezident-əlaqələndiricisi Nil Makkeyn, Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz üzrə regional meneceri Jan Van Bilsen "Cənub" qaz dəhlizinin strateji baxımdan önəmindən danışıblar.
Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze layihənin həyata keçirilməsində bu toplantının əhəmiyyətindən danışaraq, ölkəsinin "Cənub" qaz dəhlizinə dəstək verdiyini bildirib.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak qısa vaxtda layihə ilə bağlı müəyyən uğurlara nail olunduğunu və ölkəsi tərəfindən növbəti addımların atılacağını deyib.
Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral ehtiyatlar üzrə baş katibi Mixail Verroiopoulos əsas diqqəti layihə çərçivəsində şirkətlər arasında əlaqələrə çəkərək, layihənin icrası zamanı ətraf mühitin qiymətləndirilməsinə dair işlərdən danışıb.
Albaniyanın energetika və sənaye naziri Damian Gjiknuri bildirib ki, ölkəsi enerji strukturunu təkmilləşdirmək və müasirləşdirmək niyyətindədir, bu baxımdan "Cənub Qaz Dəhlizi" Albaniya üçün xüsusi önəm daşıyır.
İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti ölkəsinin bu layihəyə dəstəyindən məmnunluğunu ifadə edib, "Cənub Qaz Dəhlizi"nin reallaşmasının Avropa qaz siyasəti üçün önəmini vurğulayıb.
Bolqarıstanın energetika naziri Temenujka Petkova birləşdirici kəmərlər, texniki-iqtisadi əsaslandırmalar barədə danışıb, ölkəsində və Yunanıstan ərazisində ətraf mühitin və mülkiyyət məsələlərinin qiymətləndirilməsi ilə bağlı işlərin görüldüyünü deyib. Layihənin icrasına dair Türkiyə ilə müştərək qrupun yaradılacağını deyən bolqarıstanlı nazir "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasının ölkəsinə öz təbii ehtiyatlarını şaxələndirməyə imkan yaradacağını diqqətə çatdırıb.
Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç Albaniya və Monteneqro ərazisində texniki dəstək məsələlərinin müzakirəsindən və bu layihənin Avropa Komissiyasının maraqlarına cavab verməsi üçün lazımi işlərin həyata keçirilməsindən danışıb.
Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu deyərək bildirib ki, bu layihə Xəzər dənizinin təbii ehtiyatlarının bir çox ölkələrə çatdırılmasına töhfə verəcək.
Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Avropa Komissiyasının vitse-prezidenti "Cənub Qaz Dəhlizi"ni dəstəklədiklərini vurğulayıb və bu dəhlizin yalnız şaxələndirməyə deyil, enerji təhlükəsizliyi və iqtisadi-siyasi əlaqələrin gücləndirilməsi işinə töhfə olduğunu bildirib. Bu prosesə verdiyi təkana görə Avropa İttifaqı adından Azərbaycana minnətdarlıq edən Federika Moqerini "Cənub Qaz Dəhlizi"nin Avropa İttifaqı ilə Azərbaycan arasında yeni mərhələ olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayan Federika Moqerini bildirdi ki, regionda sabitliyin bərqərar olunması zəruridir və Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhün qorunmasındakı səyləri davam etdirir.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevtsoviç aparılan müzakirələrin səmərəli olduğunu bildirib. Qeyd edib ki, bütün ölkələrdə layihənin gedişatı ilə bağlı tərəqqi var. "Cənub Qaz Dəhlizi"nin çox vacib regionda reallaşdırıldığını deyən Maroş Şevtsoviç bu toplantını növbəti dəfə təşkil etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin yaxşı tarixi və potensialı olduğunu, xarici ticarətimizin yarısının Avropa İttifaqı ölkələrinin payına düşdüyünü bildirib. Azərbaycanın uzun illər özünü etibarlı tərəfdaş kimi göstərdiyini qeyd edən dövlət başçısı belə tədbirlərin davamlı olacağına, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcəyinə əminliyini ifadə edib. Layihəni dəstəkləyən ölkələrə, xüsusilə ABŞ-a minnətdarlığını bildirən Prezident İlham Əliyev imzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolunun xüsusi qeyd olunacağını bildirib. "Cənub Qaz Dəhlizi" iri infrastruktur layihəsidir", - deyən dövlət başçısı onu güclü əməkdaşlıq layihəsi kimi xarakterizə edib. Layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran dövlət başçısı "Cənub Qaz Dəhlizi" layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib. Azərbaycanın neft tarixindən danışan Prezident İlham Əliyev deyib ki, 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkəmizin neft və qaz sahəsində geniş beynəlxalq əməkdaşlıq şəbəkəsini yaradıb.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının işğalçıların torpaqlarımızdan çıxması ilə bağlı 4 qətnamə qəbul etdiyini, münaqişənin hələ ki, həllini tapmadığını, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb, ölkəmizin iri layihələr icra etdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik olduğunu diqqətə çatdırıb.
Dövlət başçısı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq, toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının üçüncü toplantısına dəvət edib.
Sonda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb.
Bəyannamədə Avropa bazarlarınınn Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi məramı vurğulanır. "Cənib Qaz Dəhlizi" (CQD) Məşvərət Şurasının 2015-ci il fevralın 12-də keçirilmiş birinci iclasından ötən müddət ərzində CQD layihəsinin icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir.
Bundan başqa, "Cənub Qaz Dəhlizi" layihəsinin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin müvafiq ölkələr tərəfindən yerinə yetirilməsi təqdir edilir. Layihənin Avropa İttifaqı sərhədlərindən kənar bazarlara, o cümlədən Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud və prespektiv imkanların qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və "İon-Adriatik" qaz kəməri layihəsinə xüsusi maraq göstərildiyi bildirilir.
Bununla yanaşı, CQD çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutları ilə gələcək əməkdaşlıq və effektiv mexanizmlərin möhkəmləndirilməsi dəstəklənir. Bildirilir ki, Avropa Komissiyasının dəstəyi ilə "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi məsələlərini həll etmək üçün strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə enerji birliyinin baza strategiyasından ən yaxşı şəkildə istifadə edilməlidir.
CQD-nin imkanlarının artırılması üçün yeni təchizatçı, yaxud tranzit ölkələrin cəlbi ilə əlaqədar yarana biləcək məsələlərin həlli məqsədilə ikitərəfli və çoxtərəfli işçi qrupları səviyyəsində məsləhətləşmələr formatının davam etdirilməsi niyyəti bildirilir.
"Cənub Qaz Dəhlizi"nə əlavə təchizatçıların qoşulması və qaz həcmlərinin artırılması ilə layihənin imkanlarının maksimum şəkildə istifadə olunması üçün səylərin artırılması yekdiliklə bəyan edilib.
Xəbər xidməti
 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ