Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır. Trend-in Milliyet qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidentinin müşaviri Yalçın Topçu deyib.
"Xocalı günümüzün məsələsidir. Xocalı faciəsi parlamentdə soyqırım kimi qəbul edilməlidir", - deyə Yalçın Topçu bildirib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti özünü elə aparır ki, guya Xocalıda törədilən soyqırımı görmür.