ABŞ Rusiya və İran Suriyanın parçalanması ilə bağlı razılaşdığına dair xəbərlər yayılıb. Iddialara görə, Suriya üç yerə bölünəcək: PYD idarəşiliyində kürd dövləti, Əsəd rejimi və küncə sıxışdırılmış İŞİD bölgəsi.
Suriyada mart 2011-ci ildə bu yana davam edən vətəndaş müharibəsində ilk atəşkəs addımı ABŞ ve Rusya tərəfindən Münihdə atıldı. Atəşkəs Nusra Cəbhəsi və İŞİD terror təşkilatını əhatə etmir. Ötən ilin sentyabrından bu yana Rusiya təyyarələri "Nusra və İŞİD" bəhanəsilə bombalanan müxaliflər, atəşkəsin əhəmiyyətsiz olduğunu və Rusiyanın Nusra Cəbhəsi adı ilə onları bombalayacağını deyirlər.
ABŞ dövlət katibi Con Kerri isə atəşkəs uğursuzluğuna qarşı B planlarının olduğunu və Suriyanın bölünə biləcəyini deyib. O, bir neçə ay ərzində siyasi keçid prosesinə keçilməyəcəyi halda B planını işə salacaqlarını bilrib.
Baki-xeber.com Türkiyənin "Yeni şafak" qəzetinə istinadən yazır ki, diplomatik qaynaqlara görə, ABŞ-ın ilk siqnallarını verdiyi B planı Suriyanın nəzarət edilə biləcək bir şəkildə bölünməsini nəzərdə tutur.
2012-ci ilin sentyabrında ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivensonun öldürülməsindən sonra Suriya ilə bağlı siyasətini köklü surətdə dəyişdirən Ağ Ev rəhbərliyi Bəşər Əsəddən sonra bu ölkədə ABŞ-İsrail əleyhdarlarının hakimiyyətə gələcəyindən ehtiyatlanır.
Məhz buna görə Ağ Ev ABŞ prezidenti Obamanın sabiq müşaviri Filip Qordonun hazırladığı "Deescalation and Decentralization" planını qəbul edib.
Qordonun 2 il əvvəl hazırladığı və "Qarşıdurmaya son qoymaq, mərkəzçiliyi gücləndirmək" planı ABŞ tərəfindən ana siyasətlərdən biri kimi tətbiq olunmağa başlanıb.
Bu plan çərçivəsində PKK-nın Suriyadakı qanadı PYD-yə və bəzi dünyəvi, ancaq döyüş sahəsində müvəffəqiyyətsiz qruplara hərbi dəstək verən ABŞ, beynəlxalq hərbi müdaxilə olmadan ölkədəki müharibəyə soy qomaq və Suriyanı idarə olunacaq bir şəkildə bölünməsini təmin etmək üçün hərəkətə keçib. Rusiya və İranın da qəbul etdiyi bölünmə planına qarşı çıxan Suriya müxalifətini isə İŞİD və Nusra ilə əlaqəli olmaqda günahlandırılaraq hava bombardmanları ilə yox edilməyə çalışılacağı iddia edilir.
Beynəlxalq qaynaqlara görə, Qordon planının sonunda Suriya, şimalda PYD nəzarətində bir Kürd dövləti, mülayim müxaliflərin nəzarətində olan sahil xəttini, Hama, Humus, Hələb və Dəməşqi də əhatə edən Əsəd dövləti və İŞİD bölgəsi kimi 3-ə bölünəcək. Bu plan yalnız Suriyanı bölməyəcək, eyni zamanda Türkiyənin ərəb coğrafiyası ilə bağlantılarını da kəsmiş olacaq.
ABŞ Suriya vətəndaş müharibəsində YPG-yə dəstək verməklə yanaşı, beynəlxalq hərbi koalisiyanın əlilə dəstəklədiyi mülayim qruplara da silah dəstəyini təmin etdi. Xüsusilə İordaniya sərhədində dəstəklədiyi bəzi qruplara silahların rejimə qarşı deyil İŞİD və Nusraya qarşı istifadə edilməsi qarşılığında verildiyi bildirilir.
ABŞ-ın, Hələbdə müqavimət göstərən bəzi qruplara da belə bir təkliflə müraciət etdiyi, ancaq onların ABŞ-ın bu təklifini rədd etdiyi bildirilir. Bundan əvvəl bəzi inqilabçı qruplar da Suriyanın bölünməsilə bağlı planının hazırlandığını bildirmişdi. Xüsusilə "Ahraru'ş Şam” hərakatının nümayəndələri Suriyanın bölünə biləcəyini açıqlamışdı.
ABŞ-ın Rand Corporation (RC) düşüncə mərkəzi də Suriya ilə bağlı plan hazırlayıb. "Suriya üçün sülh planı" adlandırılan sənəddə Suriyanın bölünmə ssenariləri yer alıb. RC-yə görə Suriyada üç bölgəyə bölünməlidir. Birincisi rejim tərəfindən idarə edilən Dəməşqin cənubundan Humus, Tartus və Banyası əhatə etməklə Lazkiye və Türkiyə sərhədinə qədər uzanan bölgə.
İkincisi kürd bölgəsi. Bu bölgə Hələbin şərqindən Haseki və Kamışlıya qədər uzanan, hazırda kürdlərin nəzarətindəki ərazini əhatə edir. Üçüncü bölgə müxalifət qüvvələrin nəzarət etdiyi iki sahəni ehtiva edir. Bu iki sahədən birincisi ölkənin cənub-qərbindəki Deraa ətrafı, ikincisi isə İdlibin mərkəzi hissəsi. Hələb və Hama isə rejimlə müxalifət arasında bölüşdürülür. Dördüncü bölgə isə hazırda İŞİD nəzarəti altındadır, geniş düzənlik bir bölgə və buranın əsas məskunlaşma bölgələri Fırat vadisindəki Deyr-i Zor və Rakka, ölkənin mərkəzində yerləşən Palmira şəhəri. Dördüncü bölgə İŞİD bölgədən çıxarıldıqdan sonra anti-İŞİD beynəlxalq koalisiyasının nəzarətinə veriləcək.