Avropa İttifaqı (Aİ) Azərbaycanla energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycana səfəri ərəfəsində Trend-ə müsahibəsində bildirib.
O, qeyd edib ki, Aİ ilə Azərbaycan münasibətlərin dərinləşməsinə aydın şəkildə ortaq maraq göstərir: "Avropa İttifaqı Azərbaycanın ilk ticarət tərəfdaşıdır: Azərbaycanın ixracının təxminən yarısı Aİ-yə yönəlir. İttifaqımız energetika, regional təhlükəsizlik, eləcə də qanunun aliliyi və fundamental azadlıqlar sahəsində Azərbaycanla işləməkdə aydın şəkildə maraqlıdır. Biz geniş və hərtərəfli saziş imzalamaq niyyətindəyik. İnanıram ki, son bir neçə ay müzakirələrimizin dönüş nöqtəsində olduğundan xəbər verib: bəzi çətinliklər qalmaqdadır, ancaq iqtisadi və siyasi əməkdaşlığa doğru əl-ələ getməyimiz zəruri olduğundan indi bir-birimizə daha da yaxınıq. Yeni tərəfdaşlığımızla bağlı aparılan ilkin məsləhətləşmələrin gedişatı müsbətdir. İnanıram ki, tezliklə Aİ-yə üzv dövlətlərlə danışıqların başlanması məsələsini müzakirə edə biləcəyik".