Bazar günü günü, 22 noyabr 2026
     

NATO-nun Avropa hərbi komandanlığından Qafqazda təhlükə xəbərdarlığı...

Image


Son dövrlərdə Rusiya və NATO arasında qarşılıqlı güc nümayişinin getdikcə daha intensiv xarakter alması müşahidə edilməkdədir. Moskva açıq şəkildə NATO-nun Şərqə doğru genişlənməsindən narahat olduğunu bildirir. Elə bu səbəbdən Kreml fəal şəkildə cavab tədbirləri görməkdədir və müxtəlif bölgələrdə hərbi qüvvələrinin sayını durmadan artırır.
Bura Cənubi Qafqaz da aiddir və artıq məlumat verildiyi kimi, Ermənistanda rus hərbçiləri və texnikasının sayı artırılır. Eyni zamanda Şərqi Avropa istiqamətində də Rusiya silahlanma ilə bağlı fəal siyasət yürüdür.
Amma belə görünür ki, bütün bunlar NATO-nu dayandırmaq üçün yetərli deyil. Bunu NATO Silahlı Qüvvələrinin Avropadakı baş komandanı, amerikalı general Filipp Bridlavın açıqlaması da təsdiq edir: "Lazım olarsa, Rusiyaya hücum edə və qalib gələ bilərik". ABŞ Konqresinin Nümayəndələr Palatasında danışan Bridlav ABŞ-ın Avropa Komandanlığı (EUCOM) və NATO-nun Rusiya ilə döyüşməyə hazır olduğunu bildirib: "Rusiya ABŞ və Avropadakı müttəfiqlərimiz üçün təhdiddir. Beynəlxalq arenada qəbul olunan qaydaları yenidən yazmağa çalışan Rusiya neytral bölgə qurmaq üçün qonşu ölkələr üzərində təzyiq yaradır. Rusiya transatlantik birliyimizi pozmaq istəyir".
Qeyd edək ki, Bridlav ötən ayın sonunda hazırladığı yeni strategiyasında Rusiyanı başlıca təhdid hesab etmişdi: "Rusiya müxtəlif bölgələrdəki müttəfiqlərimiz və tərəfdaşlarımıza meydan oxuyur. Bu, qlobal bir problemdir və qlobal reaksiya tələb edir". Elə həmin vaxt Bridlav Birləşmiş Ştatları Avropada əlavə qoşun birləşdirmələri yerləşdirməyə çağırıb. General deyib ki, ABŞ-ın əlavə qüvvələr yerləşdirməsi Rusiyanın fəallaşdığı bir vaxtda NATO-nun nizamnaməsinin 5-ci bəndinin həyata keçirilməsi üçün qabaqcıl imkanlara malik olmasına imkan verəcək: "Rusiyanın 2008-ci ildən başlayaraq Gürcüstanda, Dağlıq Qarabağda, Krımda və Donbasda, indi isə Suriyada həyata keçirdiklərinə baxsaq, çoxlarının düşündüyü kimi, revanşist Rusiyanı görərik. O Rusiya ki, öz hədəflərinə çatmaq üçün milli gücün aləti kimi yenidən hərbi qüvvədən istifadəyə geri qayıdıb". NATO komandanının sözlərinə görə, bu o deməkdir ki, ABŞ Avropadakı silahlı qüvvələrinin əməliyyat planlarında dəyişiklik etməlidir. Filipp Bridlav deyib ki, son 20 ildə ABŞ öz hərbi qərarlarını planlaşdıranda Rusiyanı özünün partnyoru kimi görürdü. General vurğulayır ki, indi vəziyyət kökündən dəyişib və ABŞ Avropaya əlavə kontingent göndərməlidir. Moskva isə bütün bunlara sərt mövqedən yanaşır. Elə bu səbəbdən, qeyd olunduğu kimi, müxtəlif bölgələrdə hərbi gücünü artırır və bura Qafqaz da daxildir. Qərb ekspertləri Rusiyanın Qafqaza yeni ordu qüvvələri və texnika yeritməsini bölgə üçün məqbul hesab etmir. Amerikanın məşhur "Forbes" jurnalı bu xüsusda yazır: "Rusiya Ermənistanla birgə Hava Hücumundan Müdafiə Sisteminin qurulması haqda razılaşma imzaladı. Bu proses sakit keçdi, lakin hesab etmək olar ki, Moskva NATO sərhədlərində yeni peyk dövlət yaradır və ABŞ-ın əhəmiyyətli müttəfiqlərini hədələyir". ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, diplomat Adam Erelinin müəllifi olduğu məqalədə deyilir ki, Vaşinqton Rusiyanın Ermənistanda güclənməsinə və İranla hərbi əlaqələri genişləndirməsinə susur: "Diqqətdən qaçmamalıdır ki, Ermənistan NATO üzvü olan Türkiyə ilə 265 kilometrlik sərhəd xəttinə malikdir. Son yarım il ərzində - Rusiyanın Suriyaya hərbi müdaxiləsi və Türkiyəyə təzyiqin artması müddətində Moskva Ermənistanda silahlandırmanı və şəxsi heyətin sayını artırdı. Döyüş vertolyotları, pilotsuz uçan aparatlar və digər hərbi texnika Moskvanın İrəvana göndərdiyi silahlar arasındadır. Hətta "İsgəndər -M" ballistik raketinin verilməsi haqda da iddialar var. Ötən ilin iyununda Rusiyanın Ermənistandakı qoşunlarının hərbi təlimi keçirildi. Bu, sərhədlərdən kənarda yaranan təhlükəyə qarşı ordunun hazırlığının yoxlanması idi".
"Forbes" qeyd edir ki, Rusiyanın Ermənistanda hərbi cəhətdən güclənməsi NATO və ABŞ-ın Avropada maraqları üçün ciddi təhlükədir: "Ermənistan-Rusiya ittifaqı möhkəmlənir. Hazırda Ermənistanda Rusiyanın hərbi kontingenti iki hərbi bazada yerləşən beş min əsgərdən ibarətdir. 2010-cu ildə imzalanan müqaviləyə görə, Rusiyanın Ermənistandakı hərbi bazalardan istifadə müddəti 2044-cü ilə qədər uzadıldı. Serj Sarkisyanın bildirdiyi kimi, bunun əvəzində Rusiya Ermənistanın silahlandırılmasını və müdafiəsini öz üzərinə götürür. Gümrüdəki hərbi baza isə ən əhəmiyyətli müharibə meydanı hesab oluna bilər. Bu baza paytaxt İrəvandan 120 kilometr, Türkiyə sərhədindən isə 10 kilometr məsafədə yerləşir. NATO-nun istənilən digər üzv dövləti sərhədləri yaxınlığında Rusiyanın möhkəmlənməsini qəzəblə qarşılayardı. Bəs biz niyə NATO üzvü olan Türkiyə sərhədlərində gizli təcavüz faktına susuruq? Niyə Ermənistanı Rusiyanın poliqonuna çevrildiyi üçün ittiham etmirik? Türkiyə bu gün ən azından İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyada əhəmiyyətli gücdür və məhz "İncirlik" bazasını koalisiya güclərinə açmaqla terrorçuluğa qarşı mübarizəyə böyük dəstək verir. ABŞ Rusiyanın Ermənistanda möhkəmlənmə təhlükəsini diqqətdən qaçırsa, bu, böyük təhdidə səbəb ola bilər. Çünki Ermənistan ABŞ-ın əhəmiyyətli müttəfiqləri olan Gürcüstan, Azərbaycan və Türkiyə ilə həmsərhəddir. Rusiya ordusu Gürcüstanın ərazisini işğal etdi. Bu gün Moskva Bakını daim şantaj edir. Bu, Avropanı Rusiya enerji daşıyıcılarından xilas etmək üçün ən vacib mənbəyə qarşı təhlükə deməkdir. Səhv etmək olmaz". Hesab olunur ki, yaranmış vəziyyətdə ABŞ və NATO qüvvələri, cavab tədbiri kimi, ilk olaraq Gürcüstanda möhkəmələnəcək. Bu isə Qafqazda Rusiya - NATO qarşıdurmasını daha da dərinləşdirəcək.
Tahir TAĞIYEV 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ