ABŞ PKK-nın Suriya qolu PYD-yə ad dəyişdirməsini və müstəqil təşkilat olduğunu elan etməsini təklif edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak” qəzeti məlumat yayıb.
Ankarada 28 nəfərin ölümünə səbəb olan terror aktından sonra ABŞ-ın Türkiyədəki səfiri və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinin səfirləri Xarici İşlər Nazirliyinə çağırılaraq məlumatlandırılıb. Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında da telefonda danışığı olub. Bütün görüşlərdə PYD/YPG-nin PKK-nın bir qolu və terror təşkilatı olduğu izah edilib. Ancaq bütün bunlara baxmayaraq, ABŞ PYD/YPG-ni terror təşkilatı kimi görmək istəmir.
Məlumata görə, Ankara hücumundan dərhal sonra ABŞ-dan olan iki səlahiyyətli Ərbil vasitəsilə Hasekeyə gedərək PYD liderləri ilə gizli görüş keçirib.
PYD-nin xalq hərəkatı kimi tanınmasının tərəfdarı olduqlarını deyən amerikalılar bildirib ki, bu halda yardımlar daha rahat şəkildə çatdırılacaq və ABŞ Suriyada İŞİD-lə mübarizədə PYD-in yeganə müttəfiqi kimi görməkdə davam edək.
Görüşdə həmçinin ad dəyişikliyi və Kadillə əlaqələrin kəsildiyinin elan edilməsi də təşkilatdan istənib. ABŞ nümayəndələri Kobani və Tel Abyatda Türkiyədən gələn qanunsuz solçu terror təşkilatları üçün açılan düşərgələrin bağlanması məsələsini də gündəmə gətirib.
ABŞ-PYD görüşünün ardından PYD tərəfindən Renas kod adlı təşkilat üzvü Cemal Hidro Kandilə göndərilib. Ancaq təşkilata yaxın qaynaqlar, Kandilin bu mövzuda ABŞ-ın təklifinə müsbət yanaşmadığı bildirilir.