ABŞ-ın Azərbaycandakı səfiri Robert F.Sekutanın məqaləsini təqdim edirik:
"Bir il əvvəl mən Azərbaycana ABŞ-ın təyin olunmuş səfiri kimi Prezident Əliyevə öz etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Təqdimatdan sonra Azərbaycan rəsmiləri ilə ilk keçirdiyim görüşlərdən birində mənə "biz dostuq, yoxsa yox" sualı veriləndə, mən dərhal "bəli" cavabı vermişdim. Lakin bu sual mənə, insanlar arasında olduğu kimi, olkələr arasında da münasibətlərin davamlı qayğı və diqqətə ehtiyacı olduğunu xatırladır.
Son bir ildə Azərbaycanda gördüyüm işlər barədə fikirlərimi böluşmək, Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında münasibətlərin necə inkişaf etdiyini nəzərdən keçirmək istərdim.
Son bir il ərzində mən Azərbaycanın təbii gozəlliyini, cazibədar tarixini və mədəni ənənələrini oyrənməkdən həzz aldım. Mən və həyat yoldaşım Ənn Azərbaycanın çox guşələrinə səyahət edərək, tanınmış və o qədər də tanınmamış yerlərini kəşf etdik. Qobustanda qədim qayaüstü təsvirləri və Şəkidəki Xan Sarayını seyr edərkən və ya Azərbaycanın bölgələrində gəzərkən hiss edirdim ki, görüləsi və öyrəniləsi çox şey var. Etdiyim səfərlər mənə azərbaycanlılarla ünsiyyətdə olmaq, insanların fikirlərini və gözləntilərini öyrənmək üçün gözəl imkanlar yaratdı. Mənə ən çox təsir edən görüşlər sırasında məcburi köçkün icmalarında keçirdiyim görüşlər olub ki, orada insanların evlərindən didərgin düşmələrinin acı və ağrısı barəsində öyrənmişəm. Keçirdiyim görüşlər mənə insanları daha çox düşündürən məsələlər, dövlətin inkişaf etdirdiyi istiqamətlər və həmçinin, insanların Birləşmiş Ştatlar barəsində fikirlərini öyrənməyə kömək edib.
Dəfələrlə qeyd etdiyim kimi, təhlükəsizlik, demokratiya və iqtisadiyyat/enerji sahələri ABŞ və Azərbaycan arasında olan münasibətləri təşkil edən üç önəmli sahədir. Sözügedən sahələr bir-biri ilə sıx bağlı olduğuna görə onların heç biri digərini üstələyə bilməz. Sağlam iqtisadiyyat ölkənin təhlükəsizliyinin əsasıdır. Yalnız qanunun aliliyinin və insana hormətin təmin olunduğu cəmiyyətdə tam iqtisadiyyat potensialı əldə etmək mümkündür. Demokratik cəmiyyətlər isə vətəndaşların təhlükəsizliyi qorunanda çiçəklənə bilər. Sözügedən bu amillər Azərbaycanın uzunmüddətli sabitliyi və firavanlığı üçün zəruridir.
Birləşmiş Ştatlar həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Üstəlik amerikalılar Azərbaycanla davamlı və uzunmüddətli münasibətlər arzusundadır və həmişə azərbaycanlıların yanındadırlar. Sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasıyası kimi fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında onəmli rol oynayır. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir.
Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir. Lakin son 25 ildə Azərbaycan dəyişdikcə, daha çox tərəqqi əldə etdikcə və yeni çağırışlarla üzləşdikcə biz də öz yanaşmamızı dəyişirdik. İyirmi beş il öncə bizim yardımımız əsasən münaqişə içində olan Azərbaycana göstərdiyimiz humanitar yardımlardan ibarət idi. Bu gün isə biz azərbaycanlılarla birgə işləyərək qadın və gənclərin biznesdə uğur qazanmasına və olkənin kənd təsərrüfatı və digər sahələrini inkişaf etdirərək iqtisadiyyatın diversifikasiyasına təkan vermələrinə komək edirik. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) layihəsi olan Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə biz Azərbaycan hokuməti ilə birgə işləyərək icmalar səviyyəsində həyata keçirilən layihələri dəstəkləyirik. Sözügedən layihələr çərçivəsində yerli hökumət nümayəndələri, vətəndaşlar və qeyri-hökumət təşkilatları bir araya gələrək icmaların uzləşdiyi məsələləri aşkarlayır, onları həll edirlər. Umumilikdə 59 layihə tamamlanıb ki, onların bir neçəsinin sayəsində kəndlər içməli su ilə təmin olunub, 52 icmada yolların bərpası və tibb klinikalarının inşası həyata keçirilib. Son üç il ərzində 85,000-dən çox azərbaycanlı layihələrdən yararlanaraq gələcəkdə yerli hökumət nümayəndələri ilə tərəfdaşlıq çərçivəsində öz sosial və iqtisadi problemlərini ünvanlamaq bacarığını əldə edib.
ABŞ hökumətinin digər qurumları da sözügedən sahədə fəallıq göstərir. Bərdə və Ağcabədidə yerləşən məcburi köçkün qəsəbələri də daxil olmaqla, çoxsaylı icmalar ABŞ hərbisinin Avropa Komandanlığının su təchizatı və məktəblərin bərpası proqramından yararlanıb. Birləşmiş Ştatlar 1993-cü ildən bəri məcburi koçlütlərə yardım məqsədilə 115 milyon dollar ayırıb və bu gün də biz Azərbaycan cəmiyyətinin bu
təbəqəsi ilə işləmək öhdəliyimizə sadiq qalırıq. Eyni zamanda biz Minsk Qrupu prosesi vasitəsilə işləmək və bütün qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı yaradan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini əldə etmək öhdəliyinə də sadiq qalırıq. Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycanda, həm də bölgədə firavanlıq və sabitliyin daha çox güclənməsinə təkan verəcək.
Sülh Korpusu, təhsil sahəsində verilən təqaüdlər, ingilis dili təlim proqramları da daxil olmaqla, ABŞ-ın dəstəklədiyi proqramlar sayəsində bir çox azərbaycanlı ölkəsinə yardım etmək üçün müxtəlif bacarıqlar əldə edib. Müxtəlif mübadilə proqramlarında iştirak etmiş 5,000-dən çox məzun dövlət və özəl sektorun müxtəlif sahələrində çalışaraq öz bilikləri sayəsində Azərbaycanın biznes, dövlət idarəçiliyi və sosial təminat sahələrini gücləndirir. Həmçinin 2015-ci ilin Avropa Oyunlarının uğurlu keçirilməsi üçün ABŞ-ın mubadilə proqramlarında iştirak etmiş çoxsaylı məzunlar könüllü kimi öz töhfələrini veriblər. Umumilikdə, ABŞ 1992-ci ildən bəri Azərbaycana 1,3 millyard dollar yardım edib və bu sahədə işlər davamlı inkişaf etdirilir.
Amerikanın Azərbaycanla bağlılığı yalnız hökumətlə əməkdaşlıqla məhdudlaşmır. ABŞ şirkətlərinin fəaliyyəti və maraqları firavanlığın və sabitliyin inkişafında və dostluğumuzun gücləndirilməsində böyük rol oynayıb. Keçən il ABŞ-ın 14 böyük şirkətinın nümayəndələrindən ibarət olan ticarət missiyasının Azərbaycana uğurlu səfəri Azərbaycanın iş dairələri ilə əlaqələrin yaradılmasına və dövlətlər arasında olan vacib iqtisadi əməkdaşlığın daha da güclənməsinə təkan verib. Azərbaycanda çoxsaylı Amerika şirkətləri fəaliyyət gostərərək iqtisadiyyata təkan verir və yeni iş yerləri yaradır.
Biz həmçinin demokratik inkişaf sahəsində də fəaliyyətlərimizi davam etdiririk. Birləşmiş Ştatlar da daxil olmaqla, bütün demokratik dovlətlər daimi inkişafdadır. Vacib amil ondan ibarətdir ki, biz daimi olaraq qazandığımız uğurları nəzərdən keçirməli, ictimaiyyətlə inkişaf yollarını açıq müzakirə etmək bacarığına malik olmalıyiq. Uzunmüddətli sabitlik, tərəqqi və uğurun əldə olunması üçün məsul hökumət və qanunun aliliyi kimi demokratik prinsiplər vacib şərtdir. Dünyanın digər dövlətləri kimi, Azərbaycanın da qlobal iqtisadi böhranla üzləşdiyi bir vaxtda, korrupsiya da daxil olmaqla, iqtisadi inkişafa maneə yaradan məsələlərin ictimai müzakirəsi Azərbaycanın daha güclü, sabit və firavan olması üçün vacib rol oynayır.
Fürsətdən istifadə edərək, mən Azərbaycana təhlükəsizlik sahəsində, xüsusilə bölgədə təhlükəsizliyin təminatı üçün gördüyü işlərə görə təşəkkür etmək istəyirəm. Azərbaycan Əfqanıstanda nəqliyyat dəhlizləri və sülhməramlı əməliyyatları dəstəkləməklə ABŞ və NATO ilə vacib tərəfdaşlıq edir. Ələt limanı vasitəsilə Çin, Mərkəzi Asiya və Avropaya yüklərin uğurla daşınması Azərbaycanın vacib bir nəqliyyat mərkəzinə çevrildiyini nümayiş etdirir. Bu kimi vacib fəaliyyətlər bölgədə Yeni İpək Yolunun reallaşması istiqamətində önəmli addımlardır. Yeni İpək Yolu, qədimdə olduğu kimi, sahibkarlığın, innovasiyaların və fərdi yaradıcılığın inkişafına təkan verəcək. Azərbaycan həmçinin qlobal terrorçuluğa qarşı mübarizədə önəmli tərəfdaş olaraq, tarixi və güclü etnik və dini tolerantlıq ənənələrinə görə digər dünya ölkələri üçün bariz numunədir.