Bazar günü günü, 22 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


Professor Əli Həsənov yazır: "Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyinə təsir göstərən təhdidlər xarici və daxili olmaqla iki qrupa bölünür.

Xarici təhdidlərə:

• Azərbaycanın 20% ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması;

• qonşu dövlətlər tərəfindən ona qarşı əsassız ərazi iddialarının irəli sürülməsi;

• ölkənin daxili siyasi və sosial-iqtisadi vəziyyətinin gərginləşməsinə, sabitliyin pozulmasına yönəldilmiş separatçı və dini-ekstrimist hərəkətlər;

• dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr tərəfindən pozulması, sərhəd mübahisələrinin kəskinləşməsi”

• digər dövlətlər tərəfindən ölkə ərazisinə göndərmək üçün qanunsuz silahlı qrupların və terrorçuların hazırlanması;

• dövlət sərhədləri və ərazi sularının bilavasitə yaxınlığında hərbi bazaların yaradılması, qoşun qrupların cəmləşdirilməsi, silahların artırılması və digər hərbi iştirakın gücləndirilməsi;

• ölkənin daxili işlərinə hər hansı mümkün kənar hərbi müdaxilə;

• qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı;

• müxtəlif xarici dairələrin təsiri altında nüvə və ya digər kütləvi qırğın silah növlərinin yayılması və s. daxildir.

Daxili hərbi təhdidlərə:

• ölkə qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin və yaxud qrupların yaradılması cəhdləri;

• terrorçu, dini-ekstremist və separatçı təşkilatların daxili sabitliyin və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş qanuna zidd əməlləri;

• Konstitusiya quruluşu əleyhinə qəsdlər, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilati strukturunun dağıdılması və ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlər;

• hərbi təhlükəsizliyə təhdid yaradan mütəşəkkil cinayətkarlıq və digər qanuna zidd fəaliyyəti;

• təxribat və terror aktları və digər qanuna zidd əməlləri həyata keçirmək üçün istifadə oluna bilən silah-sursatın, partlayıcı maddələrin və digər vasitələrin ölkə ərazisində qanunsuz toplanması və dövriyyəsi;

• hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, kommunikasiya qurğularına və informasiya infrastrukturuna qarşı silahlı hücumlar, təxribatlar və s.aiddir”. (s. 895-897)

Qeyd edək ki, Hərbi Doktrinanın əsasını AR Konstitusiyası, qanunları, hüquqi-normativ aktları, Milli Təhlükəsizlik Konsepsiyasi, həmçinin dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Eyni zamanda, burada beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan dövləti öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermədiyi qeyd olunur.

Müəllif bu sənəddə öz əksini tapan və müdafiə sistemini təşkil edən səlahiyyətlərin də vəzifələrini qeyd edir. Bu səlahiyyətlərə uyğun olaraq onların həyata keçirdikləri tədbirlər, o cümlədən silahlı qüvvələr və başqa silahlı birləşmələrin qarşısında qoyduqları vəzifələr, hərbi səfərbərlik elan etmək, səfərbərliyin səviyyəsini, döyüş hazırlığı dərəcəsini müəyyən etmək və s. məsələlər- "dinc dövr”, "real təhdid dövrü” və "müharibə, yaxud silahlı münaqişə dövrü” adlanan üç yerə bölünür.

Cənubi Qafqaz bölgəsində, Xəzər-Qara dəniz hövzəsində dövlətlərin ümumi təhlükəsizliyini təmin edən iki sistem mövcuddur. Onlardan biri Rusiyanın təşkil və bilavasitə rəhbərlik etdiyi KTMT, ikincisi isə NATO bloku, eyni zamanda müstəqil olaraq öz təhlükəsizliyinin qeydinə qalan İrandır. Azərbaycan milli təhlükəsizliyini və milli maraqlarını nəzərə alaraq hər hansı sistemə qoşulmağı özünə məqbul saymır. Belə şəraitdə, kənar təsir və siyasi, hərbi müdaxilələrdən qorunmaq üçün beynəlxalq təminatın qazanılması dövlətin xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.

Milli təhlükəsizlik siyasətinin ikinci əsas istiqaməti Azərbaycanın sərhəd təhlükəsizliyi siyasətidir.

Qeyd edək ki, dövlətimiz quru və dənizdə 7 ölkə- Gürcüstan, Rusiya Federasiyası (həm quruda, həm dənizdə), Ermənistan, Türkiyə, İran (həm quruda, həm dənizdə), Türkmənistan (yalnız dənizdə), İran İslam (həm quruda, həm dənizdə) və Qazaxıstan (yalnız dənizdə) respublikaları ilə həmsərhəddir. Quru sərhədlərimizin uzunluğu 3370.4 km təşkil edir. Bununda müvafiq olaraq 2654.4 km-i quru, 713 km-i isə sahil xəttindən ibarətdir. Sərhədlərin uzunluğu İranla 765 km, Rusiya ilə 390.3 km, Gürcüstanla 480 km, Ermənistanla 1007, 1 km, Türkiyə ilə 15 km təşkil edir. Azərbaycanın inzibati rayonlarının 32-si bilavasitə qonşu dövlətlərlə sərhəddə yerləşir.

Azərbaycan dövlətinin sərhəd təhlükəsizliyi barədə yürütdüyü siyasət haqqında Əli Həsənov yazır: "Azərbaycan kimi çox da böyük olmayan, lakin kifayət qədər əhəmiyyətli geoməkan xarakteristikası ilə seçilən ölkələrin milli və hərbi təhlükəsizliyi təkcə onların sərhədləri daxilində- məxsusi ərazilərində həyata keçirilən tədbirlərlə məhdudlaşdırıla bilməz. Dövlətin xarici aləmlə sərhədlərinin möhkəmliyi, sərhədətrafı rayonların geosiyasi xarakteristikası- sərhəd yaxınlığında baş verə biləcək yerli, regional və transmilli cinayətlər, etnik, sosial münaqişələr və digər gözlənilə biləcək təhdidlər, yerli əhalinin milli, sosial, dini mənsubiyyəti və geosiyasi baxışları və s. Sərhəd Təhlükəsizliyi Konsepsiyasına (STK) müvafiq olaraq öncədən təhlil olunmalı, proqnozlaşdırılmalı və milli təhlükəsizlik doktrinasında əksini tapmalı, bu sahədə müvafiq hərbi və təhlükəsizlik qurumlarının fəaliyyəti əlaqələndirilməlidir...” (Bax. s. 902-903)

Təbiidir ki, sərhəd təhlükəsizliyi siyasətində bütövlükdə sərhəd təhlükəsizliyi konsepsiyası əsas götürülməsinə baxmayaraq, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji və milli maraqları nəzərə alaraq Azərbaycan dövləti hər bir sərhəd qonşu dövlətə münasibətdə xüsusi siyasət yürüdür və fikirləşirəm ki, bu məhz belə olmalıdır, çünki hər bir dövlətin, o cümlədən bizim dövlətin xüsusi olaraq milli maraqları mövcuddur və bu maraqlardan irəli gələn siyasət yürüdülür.

Məsələn, sərhəd qonşularımız olan Ermənistan və Türkiyə ilə münasibətdə Azərbaycan dövləti eyni münasibət sərgiləyə bilməz, çünki biri (Türkiyə) strateji tərəfdaşımız, digəri isə (Ermənistan) torpaqlarımızın işğalı üzündən və bir milyona qədər işğal olunmuş ərazilərdən köç etmiş qaçqın və köçkün olmuş səbəbindən müharibə vəziyyətindəyik. Sözsüz ki, burada fərqli siyasət yürüdüləcəyinə heç şübhəmiz də yoxdur. Yaxud, İran, Rusiya ilə münasibətlərdə fərqli siyasətin yürüdülməsi milli təhlükəsizlik siyasətimizin əsasını təşkil edəcək. Məsələn, Xəzərin akvatorlara bölünməsi məsələsində Rusiya ilə bütün problemləri çözə biləcəyimiz halda, İranla münasibətdə bunu demək mümkün deyil.

Azərbaycan müstəqillik qazandığı gündən bəri aparılan ikitərəfli danışıqlara baxmayaraq, dövlətimizin həm quru, həm də dəniz sərhədlərinin böyük hissəsi delimitasiya olunsa da, Xəzər hövzəsində İran və Türkmənistanla, quruda isə Gürcüstanla sərhədlər tam demarkasiya olunmamış və proses hələ də davam edir. Ermənistanla müharibə vəziyyətində olduğumuza görə onunla hətta sərhəd delimitasiyası həyata keşirilməmişdir.

Hörmətli professor bu fəslin ikinci paraqrafına yekun vuraraq yazır ki, XXI əsrdə getdikcə vüsət alan qloballaşmanın yeni tələbləri çərçivəsində hər bir dövlət kimi, Azərbaycanda özünün milli təhlükəsizlik məsələlərini yenidən təhlil edərək, onu müasir texniki vasitələrin yaratdığı reallığın, dövrün və zamanın tələblərinə uyğunlaşdırılmalıdır.

Ardı var

Yunus Oğuz




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ