Belarus prezidenti Aleksandr Lukaşenko Suriya böhranı ilə bağlı mövqeyini açıqlayıb. O, Bəşər Əsəd və Suriya xalqını dəstəkləməsilə bağlı Suriya prezidentinə məktub göndərib.
Baki-xeber.com xəbər verir ki, "RİA Novosti”yə açıqlama verən Belarus Kommunist Partiyasının sədri İqor Karpenko Lukaşenkonun Bəşər Əsədə rəsmi məktub göndərdiyini bildirib: "Lukaşenko, məktubunda Suriya dövlət başçısı Bəşər Əsəd və Suriya xalqına dəstəklərini dilə gətirib".
Məktubda iki ölkə arasındakı əməkdaşlığın hər sahədə inkişaf etdirilməsinin vacibliyi də ifadə edilib.