Xocalı soyqırımı ilə bağlı konfransa qatılmaq üçün Balıkəsirdə səfər də olan Azərbaycan millət vəkili Qənirə Paşayeva Ermənistan hakimiyyətini sərt tənqid edib. Türkiyədə baş verə terror hücumlarını pisləyən millət vəkili terror təşkilatlarına dövlət səviyyəsində dəstək verən Ermənistanı qınayıb.
Baki-xeber.com xəbər verir ki, Türkiyə mediasına açıqlama verən Qənirə Paşayeva jurnalistlərə Ermənistan hakimiyyətinin terrorçu PKK-nı dəstəklədiyini təsdiq edən fotolar təqdim edib. O, Ermənistan müdafiə naziri Seyran Ohanyanın öldürülən PKK terrorçularının evinə gedib yaxınlarına başsağılığı verdiyini deyib. Bunlar şəkillər də yer alıb.
"Ermənilər, təəssüf ki, ki Xocalıda törətdikləri soyqırım azmış kimi, 1 milyon Azərbaycan türkünün öz evinə dönməsinə icazə verməməsi azmış kimi, PKK sıralarında Türkiyə əleyhinə fəaliyyət göstərirlər. PKK sıralarında ölən ermənilərin ailəsini Ermənistan nazirinın ziyarət etməsi terrora dəstək deməkdir. Bir dövlət rəsmisinin terror təşkilatı sıralarında döyüşən və həyatını itirən birinin yaxınlarını ziyarət etməsi terrora dəstək deməkdir.
Ermənistan bu qədər il terroru dəstəklədi. 24 il əvvəl Azərbaycanda avtobus, qatarları partladaraq uşaqların ölməsinə səbəb oldular. Bu gün eyni mənzərənin PKK-ya verilən dəstəklə olduğunu görürük. Beynəlxalq təşkilatları da bu məsələyə ciddi reaksiya verməyə çağırırıq. Dövlət rəsmilərinin terrora dəstək verənləri ziyarət etməsi terrorun dəstəklənməsi deməkdir. Bu gün PKK-dan, PYD-dən götürülmüş silahlara baxsaq bunun arxasında bəzi gücləri və bəzi dövlətləri görmək olar” – deyə Paşayeva bildirib.