Bazar günü günü, 22 noyabr 2026
     

“Azərbaycanın geosiyasəti”

Image


Bu sətirləri yazarkən (8. 01. 2016) 2015 dekabrın 21-dən başlayan manatın devalvasiya olunması, eyni zamanda on bir ayda (fevral, 2015) milli valyutamızın 100% ucuzlaşması haqqında düşündüm və özümə sual verdim: Əcaba, manatın möhkəmlənməsi, yaxud ucuzlaşması milli təhlükəsizliyimizə təhdid yarada bilərmi? Çünki, bütövlükdə valyutamızın sabitliyi və ya sabit olmaması iqtisadiyyatımızın inkişafının, yaxud tənəzzülün göstəricisidir.

Əlbəttə, vətəndaşlar dövlətindən, onun əmin-amanlığından, ona güvənməyindən, yaxşı yaşamalarından və s. yaranan problemlərin həllində əmindirlərsə, təbiidir ki, onun milli təhlükəsizlik reytinqi daha da yüksələcək. Milli maraqlar ön plana çıxdıqda isə bu güvənlik daha da güclənəcək. Yadımdadır, sərhədi pozduğu üçün bizim hərbçilər tərəfindən vurulan (2014) erməni vertalyotundən sonra vətəndaşlarımız necə qürur hissi keçirirdilər. Sosial şəbəkələr vasitəsilə yüz minlərlə gənclərimiz "müharibə başlarsa”müharibəyə getməyə hazır olduqlarını bildirdilər. Bu da milli təhlükəsizliyimizin şərtlərindən biridir, çünki milli təhlükəsizlik çərçivəsində vətəndaş və cəmiyyət dövlətlə yanaşı milli maraqların daşıyıcısıdır.

Fikrimizi təsdiq edirmiş kimi müəllif qeyd edir ki, təhlükəsizliyin təmin edilməsində ən çox istifadə olunan daxili ehtiyatlar (qeyd edək ki, milli təhlükəsizliyin təmin olunması üçün dövlət özünün həm daxili ehtiyatlarından, həm də xarici siyasət vasitələrindən istifadə edir.) və siyasət vasitələrinə dövlət vasitələrinə dövlət orqanları və qeyri-hökumət strukturları, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri, milli elita və s. daxildir. Diqqətəlayiq haldır ki, dövlət bu qurumların hər biri ilə xüsusi iş aparır, onların bəzi tələbatlarını ödəməklə, imkanlarından milli təhlükəsizliyin təmin olunması istiqamətində istifadə olunur.

***

Nəhayət gəlib çatdıq IV bölmənin, bütövlükdə bu kitabın əsas hissəsinə, yəni bu əsərin tamamlanmasını gözləyən V fəsilə- Milli Təhlükəsizlik siyasətinin əsas istiqamətlərinə. Doğrusu, bu sonluqsuz, bu fəsilsiz bəhs etdiyimiz kitabı çox zəif hesab edərdim, çünki istənilən kitab istiqamətverici funksiya daşıdığı kimi, bu kitabda yekun fəsildə göstərməli idi ki, Milli Təhlükəsizliyimiz və Milli maraqlarımız üçün hansı istiqamətlər mövcuddur və bunlardan ən ümdəsi (baxmayaraq bunların hamısı ümdədir) və sıralanması və daha vacib inkişafı hansılardır. Zatən, hörmətli professorun, intellektual və təcrübə imkanı bunun öhdəsindən ustalıqla gəldi.

Əli Həsənov birinci olaraq (bu belə də olmalı idi) milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri siyasətində Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə yer ayırır. Bu da olduqca doğrudur, çünki, milli təhlükəsizlik siyasətinin əsas vəzifə istiqamətlərindən biri ölkə ərazisinin əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısının alınmasından ibarətdir. Bu məqsədlə də dövlət hərbi sahədə milli maraqların təmin edilməsi məqsədilə özünün hərbi təhlükəsizlik siyasətini formalaşdırır.

Dövlətin hərbi təhlükəsizlik siyasəti dövlətin yaşaması, onun inkişafı və hər hansı müdaxilələrin qarşısının alınmasında vacib və ümdə şərtlərdən biridir.

"Öz əsgərini yedizdirə bilməyən xalq özgə əsgərini yedizdirəcək!”

Nə qədər doğru deyilib? Müstəqillik aktının qəbul olunması gününü yada salaq- 18 oktyabr, 1991-ci il. Biz müstəqilliyə hazır idikmi? Bir mənalı şəkildə demək olar ki, xalq hazır idi, amma dövlət və onun strukturları yox. Bu sətirlərin müəllifi o dövrün proseslərində aktiv və hadisələrin şahidi olduğundan, qəti əminliklə deyə bilərəm ki, müstəqilliyə qovuşanda Qarabağı, Ermənistandan qovulmuş, sürgün edilmiş insanları qorumağa heç nəyimiz yox idi. Ruslar bölgədə ermənilərin lehinə, hətta onların yerinə bütün işləri görürdülər. Hətta əhalidən ov tüfənglərini belə yığırdılar. Ordu yox, əsgər yox, yalnız yumruqlarını silaha çevirən (Allah ölənlərə rəhmət etsin!) qeyrətli könüllülərimiz və Moskvaya xidmət edən "başbilənlərimiz” var idi.

"Başbilənlərimiz” deyəndə mən o zamankı Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovu və sonra da Azərbaycan Respublikasının prezidenti olmuş Ayaz Mütəllibovu nəzərdə tuturam. (Yeri gəlmişkən, sonuncu 1992-ci il çevriliş cəhdinin baş tutmamasından sonra Moskvaya sığınmış və iyirmi ildən artıq müddətdə orada yaşamışdı. Yalnız, prezident haqqında qanun qüvvəyə mindikdən sonra o Azərbaycana dönmüş və indi də yaşamağında davam edir). Nəticə çox acınacaqlı oldu. Qəzəbli köçkün və qaçqınlar Bakıya, Azərbaycanın digər rayonlarına axışdılar. Onların müdafiəsi üçün nəinki, qanunlar, heç adi sığınacaqlar da yox idi. Faktiki olaraq "başbiləmlərimiz” Moskvanın əmri ilə hərəkət etdiklərindən 20 yanvar, Xocalı qırğınları, qətliamları baş verdi. 1992-ci ildən isə ordunun ilk rüşeymləri qoyulduqda isə Şuşa, Laçın, Kəlbəcər, daha bir neçə rayonun əhalisi köçkün və qaçqına çevrildi. Bütün bunları yazmaqda məqsədim ondan ibarətdir ki, hərbi təhlükəsizlik siyasəti birinci yerdə yürüdülməzsə dövlətin özünün varlığı sual altına düşmüş olar. Bu səbəbdən də Əli Həsənov yazır: "Azərbaycanın hərbi təhlükəsizlik konsepsiyasının yaradılması və ona müvafiq hərbi doktrinasının qəbulu silahlı qüvvələrin hərbi taktikasının müəyyən olunması və ölkənin müdafiə qabilliyətinin mökəmlənməsində əsas amillərdən biri hesab olunur. Hərbi Doktrina vətəndaşların, cəmiyyətin və suveren dövlət hakimiyyətinin xarici hərbi basqınlarından, hər hansı təhlükə və təhdidlərdən qorunması taktikasını müəyyənləşdirir”. (Bax. s. 891)

Qəbul olunmuş Doktrinada dövlətin hərbi strateji ehtiyatlarının ordu quruculuğuna səfərbər edilməsi, onun güclü müdafiə qüdrətinin yaradılması, eyni zamanda silahlı qüvvələrin hərbi-texniki və kadr potensialının gücləndirilməsi taktikası ölkənin müdafiə təhlükəsizliyinin mühüm amili kimi dəyərləndirilir. Müəllifə görə, müdafiə təhlükəsizliyi anlayışı hərbi təhlükəsizlik anlayışından daha geniş məzmun daşıyır. Belə ki, müdafiə təhlükəsizliyi anlayışında ölkənin yalnız hərbi deyil, həmçinin iqtisadi, siyasi, mənəvi gücü və qüdrəti, informasiyaya malik güclü infrastrukturu, sosial vəziyyəti və başqa amillər nəzərə alınaraq dövlətin ümumi təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutursa, hərbi təhlükəsizlik anlayışı özündə milli təhlükəsizliyin yalnız hərbi vasitələrlə təmin olunmasını əks etdirir.

Qeyd edək ki, hərbi təhlükəsizliyin təmin edilməsi üçün hərbi Doktrinanın əsas vəzifəsi ölkənin müstəqilliyini və ərazi bütövlüyünü, Konstitusiya quruluşunu, milli maraqlarını hərbi, siyasi və başqa təhdid və təhlükələrdən qorumaqdır. Təhdid dedikdə, burada, hörmətli professorun adı çəkilən kitabından geniş iqtibas vermək məcburiyyətində qalacağıq, çünki dövlətimizə oluna biləcək təhdidləri geniş şəkildə verməklə o bizə başqa bir imkan yaratmayıb.

Ardı var

Yunus Oğuz




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ