Bazar günü günü, 22 noyabr 2026
     

Nazirlərin Tiflis görüşündə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyannamə imzalandı

Image


Tiflisdə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. Daha sonra XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunları üzrə birgə bəyannamə imzalanıb. Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində deyilir.

Gürcüstanin xarici işlər naziri cənab Mixeil Canelidzenin dəvəti ilə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə 19 fevral 2016-cı il tarixində Gürcüstanın paytaxtı Tiflisdə üç ölkənin xarici işlər nazirlərinin Beşinci Üçtərəfli Görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, üçtərəfli görüşünün yekunları üzrə imzalanan Tiflis bəyannaməsində deyilir:

Nazirlər üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə etdilər və regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə bölüşdükləri niyyətlərini bir daha qeyd etdilər.

Üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışladılar və strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha qeyd etdilər.

Xarici işlər nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə və Qars Bəyannamələrindəki öhdəliklərinə sadiqliklərini vurğuladılar.

17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumlarını ən ağır sözlərlə mühakimə etdilər və bir daha terrorizmin əsl mahiyyətini ifşa etdilər. Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiq etdilər, türk xalqına dərin başsağlığı verdilər və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd etdilər.

Vurğuladılar ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmasını tələb edir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq ən tez bir müddətdə sülh yolu ilə nizamlanmasının əlahiddə vacibliyini bir daha qeyd etdilər.

İqtisadiyyat nazirlərinin dördüncü görüşü və 6 mart 2015-ci il tarixində Batumidə keçirilmiş Üçtərəfli İşgüzar Forum, 2 aprel və 17 dekabr 2015-ci il tarixlərində müvafiq olaraq Tbilisi və İstanbulda keçirilmiş Müdafiə nazirlərinin ikinci və üçüncü görüşləri və 5 may 2015-ci il tarixində Ankarada keçirilmiş Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşündən məmnunluq ifadə etdilər.

Enerji sahəsində uğurlu əməkdaşlığı vurğuladılar. Bu xüsusda, 12 fevral 2015-ci il tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci görüşünü, 17 mart 2015-ci il tarixində Qarsda keçirilmiş "Trans-Anadolu Qaz boru kəməri”nin (TANAP) təməl qoyma mərasimini alqışladılar və Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına karbohidrat ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə etdilər. Onlar cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu vurğuladılar.

Nəqliyyat, enerji, ticarət sahələrində və "İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi "İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolunu vurğuladılar və 15-16 oktyabr 2015-ci il tarixlərində Tbilisi İpək Yolu Forumunun uğurlu təşkilini alqışladılar.

Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli rolunu vurğuladılar, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd etdilər və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha qeyd etdilər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində Tbilisidə keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli Nazirlər görüşündəki məhsuldar məsləhətləşmələri alqışladılar.

2015-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatan "İpək Yolu” marşrutu üzrə Çindən ilk tranzit konteyner qatarının keçməsini alqışladılar və multi-modal imkanlara malik trans-regional infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.

Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən keçməklə, Qara dəniz və Xəzər dənizi vasitəsilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb/Orta nəqliyyat dəhlizinin əhəmiyyətini vurğuladılar (dəmir yolu və avtomobil nəqliyyatına dair birgə layihələrin reallaşdırılması və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Anakliyadakı "Yeni Dərin Dəniz Limanı”, eləcə də Türkiyənin Qara dəniz sahillərində yerləşən dəniz limanlarının inkişaf etdirilməsi xüsusi olaraq qeyd edildi).

Ticarət dövriyyəsi, üç ölkədən keçən yuxarıda adı qeyd olunmuş nəqliyyat dəhlizinin rəqabətliliyi və cəlbediciliyini artırmaq məqsədilə tariflərin yüksək əhəmiyyətini vurğuladılar.

İştirakçı, həmçinin digər əlaqəli ölkələr üçün əsas olan nəqliyyat və neft-qaz infrastrukturunun davamlı, sabit və təhlükəsiz inkişafının təmin edilməsinin böyük əhəmiyyətini vurğuladılar.

Nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması və onun beynəlxalq səviyyədə birgə təşviq edilməsi məqsədilə üç ölkənin müvafiq dövlət qurumlarının üçtərəfli görüşlərinin keçirilməsinin vacibliyini vurğuladılar.

Üç ölkənin özəl sektoru üçün Gürcüstan-Aİ AA/DCFTA tərəfindən təqdim olunan imkanları qeyd etdilər.

2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsiniqiymətləndirdilər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar,gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini vurğuladılar,

Üç ölkənin dövlət institutları və özəl sektorunun iştırakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılığa gəldilər.

Qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair üçtərəfli dialoqu daha da genişləndirmək, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək üçün qətiliklərini yenidən təsdiq etdilər.

Növbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsini qərara aldılar.

Görüşdən sonra isə nazirlər KİV nümayəndələrinin suallarını cavablandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Tiflis bəyannaməsində onu imzalayan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək bir daha ifadə olunub.

Nazir qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi regionda sülh və təhlükəsizlik üçün ən başlıca təhlükədir.

E. Məmmədyarov Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyinin bəlli olduğunu bildirib: "Təəssüflər olsun ki, Ermənistan tərəfi yenə də özünün ilhaqçı və işğalçı siyasətini həyata keçirir. Ermənistanın bu siyasətini davam etdirməsi və mövcud "status-kvo”nun saxlanılması istiqamətindəki səyləri münaqişənin həllində irəliləyişin əldə olunmasına imkan vermir".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə jurnalistlərə açıqlamasında Gürcüstan və Türkiyə XİN rəhbərlərinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib: "Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi Tiflis bəyannaməsində də əks olunub. Bəyannamədə bildirilib ki, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşılmalı və dövlətlərin sərhədləri güc tətbiq edilməklə dəyişdirilə bilməz".

Türkiyəli nazir Mövlud Çavuşoğlu deyib ki, terrorçuluğa qarşı əməkdaşlığımız daha da güclənib. O, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinə Ankaradakı terrorla bağlı başsağlığı diləkləri və diqqətlərinə görə təşəkkür edib.

M. Çavuşoğlu Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını istədiklərini bildirib. O, terror aktlarına baxmayaraq, Ankaranın öz xarici siyasətini dəyişməyəcəyini vurğulayıb.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, terrorizmə ən yaxşı cavab həmrəylik və qarşılıqlı dəstəkdir.

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə terrorçuluqla mübarizədə əllərindən gələni edəcəklərini söyləyib: "Biz əlimizdən gələn yardımı göstərməyə hazırıq. Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Bu gün biz ikitərəfli və üçtərəfli görüşlər keçirdik və strateji tərəfdaş olduğumuzu təsdiqlədik”.

M. Canelidze Cənub Dəhlizinin böyük önəm daşıdığını qeyd edib: "Biz görüşlərdə əməkdaşlıq haqqında fikirlərimizi səsləndirdik. Potensial imkanlarımızdan səmərəli istifadə edəcəyik. Ümid edirik ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Türkiyə tərəfində də tikinti işləri tezliklə başa çatacaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ