Bazar günü günü, 22 noyabr 2026
     

Azərbaycan müasir hərbi texnika alışını postneft dövründə də davam etdirir

Image


Ərazilərinin bir hissəsi işğal altında olan Azərbaycanın diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri də ordunun ixtiyarına müasir silahlar verilməsidir. Bu məqsədlə Azərbaycan bir çox xarici ölkələrlə sıx əməkdaşlıq edir. Bu xüsusda Türkiyə, Rusiya, Pakistan, İsrail və digərlərinin adını çəkmək olar. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan İsraildən indinin özündə də müasir əsgəri texnika alışını davam etdirir.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan İsrailin "Aeronautics" firması ilə ölkə daxilində "Orbiter 2M" və "Aerostar" tipli pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırmaqla yanaşı, İsrailin "Elbit Systems" firmasından "Heron" və "Hermes-900" tipli yeni pilotsuz aparatlar əldə edib. Bundan başqa, Azərbaycan İsraildən digər bir çox müasir hərbi texnika alışını da həyata keçirib.
Bu günlərdə isə İsrail Aviasiya və Kosmik Sənayesi Sinqapurda işə başlayan aviaşouda özünün iki yeni radarlara qarşı "gəzən sursatını" beynəlxalq bazara təqdim edib. "AzeriDefence" İsrailin "Defense Update" saytına istinadən bildirir ki, yeni "gəzən sursat"lardan biri "Harpy" antiradar sistemi ailəsinə daxildir, digəri isə "Harop" ailəsindən daha kompakt "Green Dragon"dur. "Harpy NG" rəqibin hava hücumundan müdafiə əməliyyat sistemini, o cümlədən radarlarını sıradan çıxarmaq üçün nəzərdə tutulur.
"Green Dragon" sistemi isə özündə elektrooptik və infraqırmızı kameraları birləşdirir. Daha kompakt olan bu sistem vasitəsilə atışdan sonra hədəfi yüksək keyfiyyətlə izləmək və mobil hədəfləri məhv etmək mümkündür. Bu "gəzən sursat"la atışdan sonra 40 kilometr radiusda hədəfləri müşahidə etmək və onlara dəqiqliklə zərbə endirmək mümkündür. Cəmi 15 kilo çəkiyə malik sursatın döyüş başlığı 3 kilo təşkil edir və sursat 1.7 metr uzunluğunda qında yerləşdirilib. Atışdan sonra onun fəaliyyətinə tablet üzərindən nəzarət edilir və görüntülər nəzarət panelinə ötürülür.
"Harpy NG"də, sələfi "Harpy"də olduğu kimi, 15 kq yüksək detonasiyalı döyüş başlığına sahibdir. Sələfindən fərqi isə həm geniş, həm də aşağı tezlik diapazonlarında çalışan hədəfləri təyin edə bilən radiotezlik axtarıcısına sahib olmasıdır. Bu sistem dizayn baxımından "Harop"a bənzədilib. "Harpy-NG" havada 6 saat qalır. Saytın yazdığına görə, "Harpy" sistemləri İsrail Müdafiə Qüvvələri ilə yanaşı, Hindistan, Cənubi Koreya, Çili, Türkiyə və Çin, "Harop" isə Hindistan və Azərbaycanın silahlanmasına daxildir.
Uçan və havada asılı qala bilən döyüş sursatı operativ kəşfiyyat apara, hədəfi aşkarlaya və pilotsuz aparata kombinə edilmiş döyüş sursatının köməyi ilə onu yüksək dəqiqliklə məhv edə bilir. Sistem start konveyerindən havaya qaldırılır. Quru qoşunlarının adi nəqliyyat vasitəsinin, yəni yük maşınının köməyi ilə 12-16 vahid belə konteyner daşımaq mümkündür.
Sistemin operatorları pilotsuz qurğunun videomüşahidə kameralarından təsvirlərin alınması üçün portativ terminalla təchiz edilib. Sistem döyüş vəzifəsinin təxirə salınması və aparatın bazaya geri qayıtmasını təmin edən funksiyaya da malikdir.
Pilotsuz sistemlər üzrə rusiyalı ekspert Denis Fedutinovun sözlərinə görə, İsrail Aviasiya və Kosmik Sənayesi şirkəti hədəfin üzərində, havadan asılı vəziyyətdə qala bilən pilotsuz döyüş sistemlərinin işlənib hazırlanması üzrə qabaqcıllardan biridir: "İsrail ordusu ilə yanaşı, belə sistemlər Türkiyə, Çin, Hindistan, Cənubi Koreya və ola bilsin Azərbaycandan hərbi sifarişçilərə çatdırılıb". Bakı İsrail Aviasiya və Kosmik Sənayesi korporasiyası ilə xeyli müddətdir əməkdaşlıq edir və bu şirkətin istehsalı olan pilotsuz kəşfiyyat təyyarələrini, digər döyüş sistemlərini alır. Təbii ki, bütün bunlar ordumuzun düşmən üzərində üstünlüyünü daha da artırır. Ölkəmiz hazırda Rusiyadan da böyük həcmdə müasir hərbi texnika alır.
Məlumat verildiyi kimi, artıq Rusiya ikitərəfli müqavilələr çərçivəsində Azərbaycana T-90S tankları, BMP-3, özüyeriyən artilleriya qurğuları, ağır alov saçan sistem göndərib. Ötən il bu sahədə əməkdaşlığın hansı sahələri əhatə etdiyi açıqlanmasa da, bilindiyi kimi, 2014-cü ildə Rusiya Azərbaycana 65 ədəd tank (T-90S), 78 ədəd zirehli döyüş maşını (BMP-3), 118 ədəd böyük kalibrli artilleriya sisteminin satışını həyata keçirib. Rusiya 2013-cü ildə Azərbaycana 10 tank, 10 ədəd piyada döyüş maşını, 438 ədəd artilleriya sistemi və 25 zərbə helikopteri satıb. Ötən il ərzində də Azərbaycanın Rusiyadan müasir hərbi texnika alışını həyata keçirməsi istisna deyil. Türkiyə ilə də hərbi sahədə əməkdaşlıq genişlənir və bütün bunlar Azərbaycan ordusunu daha da gücləndirir.
Nahid SALAYEV







DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ