«Suriyada atəşkəs sazişi cümə günü səhər Münhendə doğuldu, elə bir günün içində də həmin şəhərdə öldüyü elan olundu. Beləliklə, ABŞ-ın bu münaqişə üzərində təsirinin necə kiçik olduğu ortaya çıxdı». Bunu bloombergview.com saytı yazır.
Elə Münhendə Böyük Britaniyanın xarici işlər naziri Philip Hammond elan edib ki, sazişin humanitar yardımla bağlı hissəsi müəyyən qədər həyata keçəcək, digər hissəsi, mümkün atəşkəs isə tamamilə Rusiyanın istəyindən asılıdır: «Maraqlı etirafdır: Rusiya nə vaxtdan Yaxın Şərqdə ABŞ-dan daha həlledici rol oynamağa başlayıb? İndidən. Atəşkəsin şərtləri ABŞ-ın Suriyada bacarıqsızlığını üzə çıxarıb».
Rusiya Xarici və Müdafiə Şurasının rəhbəri Fyodor Lukyanov deyir ki, Rusiyanın nə istədiyi sirr deyil - Hələb: «Saziş öldü, ancaq iki-üç cəhddən sonra yaşayacaq», - deyən Lukyanov Bosniya və Ukrayna ilə paralellər aparır. Bu ölkələrdə də atəşkəs bir neçə cəhddən sonra alınıb.
Müəllif yazır ki, Rusiya Ukraynada atəşkəslərdən daha sərt sanksiyalardan yayınmaq, minimal hərbi məqsədlərinə nail olmaq üçün istifadə edirdi. Suriyada isə minimal məqsəd prezident Bəşər Əsədin Hələbi tutmasıdır.