Bazar günü günü, 22 noyabr 2026
     

Güneyli soydaşlarımızın ana dilində təhsil hüququ yenidən gündəmə gəldi

Image


Qonşu İran üzərindən sanksiyaların aradan qaldırılması fonunda gündəmə gələn məsələlərdən biri də burada yaşayan soydaşlarımızın hüquqları ilə bağlı hansı yeniliklərin olacağıdır. Çünki İran sanksiyaların aradan qaldırılmasından sonra Qərbə inteqrasiya kursu seçib və bu hal Cənubi Azərbaycanda ümumi ictimai-siyasi vəziyyətə də əhəmiyyətli dərəcədə təsir göstərmək iqtidarındadır.
Real vəziyyət göstərir ki, beynəlxalq sanksiyaların aradan qaldırılması İranın dünya bazarlarına çıxması ilə yanaşı, həm də ölkənin xarici dünya ilə əlaqələrini tədricən bərpa etməsi ilə bağlı ümidləri gücləndirib. Lakin müşahidəçilər, yaranan iqtisadi imkanlara baxmayaraq, İranın daxili siyasətində dəyişikliklərin tezliklə baş tutacağına inanmır. Xüsusilə də İranda yaşayan qeyri-fars millətləri, o cümlədən Azərbaycan türklərinə münasibətdə siyasətin davam edəcəyi gözlənir.
Hazırda soydaşlarımızı narahat edən məsələlərdən biri burada ana dili ilə bağlıdır. Bu fonda İranın sabiq səhiyyə naziri və Təbrizin hazırkı millət vəkili Məsud Pezeşkiyan İranda ana dilində təhsil qadağasına növbəti dəfə etirazını bildirib: "Biz nədən, rəsmi qanun icazə verdiyi halda, Azərbaycan vilayətlərində ana dilində yazıb-oxuya bilməyək? Nədən alman, ərəb, fransız və ispan dillərinin tədrisi qanunidir, amma türk dilinin tədrisi yox?". Fevralın 26-da keçirələcək məclis seçkilərinə yenidən namizəd olan Məsud Pezeşkiyan hakimiyyətin bu istiqamətdə zəruri addımlar atmasının vacibliyini də qeyd deib: "Ana dilimi inkar edə bilmərəm. Bu ədalətsizlikdir. Qanuna görə, ana dilində təhsil haqqı hər kəs üçün təmin edilməlidir. Məmləkət küfr ilə qalar, ancaq zülm və ədalətsizliklə dağılar". İslahatçı siyasətçi kimi tanınan Məsud Pezeşkiyanın bu sözləri İranda qarşıdan gələn parlament seçkiləri, həmçinin Dünya Ana Dili Günü ərəfəsində güneyli fəalların diqqətini cəlb edib.
ABŞ-da yaşayan güneyli fəal Cavad Abbasi də "Amerikanın Səsi" radiosuna müsahibəsində sanksiyaların aradan qaldırılmasına Azərbaycan bölgələrində reaksiyalar, güneyli fəalların dil və mədəni hüquqlar uğrunda mübarizəsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasına, ölkənin hər yerində olduğu kimi, Azərbaycan vilayətlərində müsbət reaksiyalar verilib":Azərbaycanlılar da bunu sevinclə qarşıladılar. Amma bilirsiniz ki, azərbaycanlılar və qeyri-fars millətlər iki sanksiya ilə üz-üzədir. Bu sanksiyalar beynəlxalq təşkilatlar və Qərb ölkələrinin İrana qarşı tətbiq etdiyi sanksiyalar olsa da, qeyri-fars millətlər, xüsisilə də Güney Azərbaycan türkləri illərdir "fars düşüncə mərkəzinin əritmə siyasəti" ilə qarşı-qarşıyadır. Yəni sanksiyalar, haqsızlıqlar bölgədə davam etməkdədir. Rejimin bu siyasəti dəyişəcəyi ilə bağlı ümid isə yoxdur". Cavad Abbasi illərdir İrana qarşı tətbiq etmiş sanksiyaların Azərbaycan vilayətlərinə iqtisadi baxımdan təsirlərini qeyd edib: "Son sanksiyalardan sonra dövlət bəzi yatırımlara başladı, dəmir yolu tikməyə başladılar. Yenə də keçmişdə olduğu kimi əsas sənaye, böyük yatırımlar, fabriklər yaradılır, iş imkanları, böyük pullar, təchizat fars mərkəzlərində olur. Ən son beş böyük xəstəxanada tikmək istəyirlər. Bunların üçü Tehranda, biri Rəştdə, biri də Nişapurda tikilir, hamısı fars bölgələridir. Ya da Ərdəbildə xalq illər boyu gözləyir ki, dəmir yolu tikiləcək, burada millət qatarlardan faydalanacaq. Amma qatar yolu Tehrandan Məşhəddə tikiləcək. Görürük ki, sanksiyalardan azad olan pullar, imkanlar, xüsusilə də təsirli imkanlar Azərbaycan milləti üçün yoxdur". Cavad Abbasi azərbaycanlı fəalların istər Urmiya gölünün qurumasının qarşısının alınması, istərsə də dil hüquqlarının təmin olunması istiqamətində fəaliyyəti davam etdirəcəyini bildirib":Milli fəallar olaraq, Güney Azərbaycan milli hərəkatının bu fəaliyyəti uzun illərdir başlayıb, bu gün davam edir və davam edəcək. Bunun qarşısını heç kimsə ala bilməz. Artıq insanların kimliyini, hürriyyətini almaq heç bir super gücün də gücünün yetməyəcəyi məsələdir.
Amma burada İran rejiminin siyasi iradəsi yoxdur. İran rejimi dindən istifadə edərək fars mənfəətlərini qorumaq üçün bir sistem yaradıb. Onun üçün Azərbaycan türkləri, ya da qeyri-fars xalqların hüquqlarını rəsmən tanısalar, o zaman o qurduqları sistem dağılıb gedəcək. Güney Azərbaycan türkləri ayağa qalxıb, bütün təbəqələrdə, hətta dövlət dövlət dairələrində işləyənlər kimliklərinə sahib çıxırlar. Ona görə mən belə düşünürəm ki, milli hərəkatımız getdikcə güclənəcək, getdikcə təşkilatlanacaq və artıq anlayır ki, bu sistemdən, bu rejimdən fayda yoxdur, birləşmək bizim son yolumuzdur". Cavad Abbasi xatırladır ki, illər boyu istər prezident seçkilərində, istərsə də parlament seçkilərində azərbaycanlıların hüquqları ilə bağlı bir sıra şüarlar ortaya çıxır: "Məsələn, deyirlər ki, türk mədəniyyət ocağı açılacaq, türk dili azad olacaq. Bunlar boş vədlər, boş təbliğatdır. Heç bir addım atmayıblar. Çünki bu addımı atmaq üçün heç bir qanun keçirməyə də ehtiyac yoxdur. İranın konstitusiyasında bizim ana dilində oxumaq hüququmuzun rəsmən tanındığı maddələr var. Amma buna siyasi iradə yoxdur". Lakin ekspertlər hesab edir ki, İranın Qərblə inteqrasiya fonunda güneydə yaşayan soydaşlarımızın hüquqlarının təmini istiqamətində müəyyən addımlar atması da qaçılmaz olacaq.
Nahid SALAYEV





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ