Rusiya Federasiya Şurası Xarici İşlər Komitəsinin sədri Konstantin Kosaçev Türkiyəni təhdid edib. Kosaçevin sözlərinə görə, Türkiyə Suriyada yerüstü əməliyyatlara başlayacağı halda qarşısında İran və ya Rusiyanı görəcək.
Baki-xeber.com xəbər verir ki, komitə sədri bildirib ki, bölgədə İranın, eləcə də Rusiyanın iştirakı ilə müharibə risqi var: "Qərb hazırda müzakirələrə üstünlük verir və gərginliyin artmasını istəmir. İranın və daha da pisi, öz gücünü isbat edən və bunu istifadə etməyə hazır olduğunu göstərən Rusiyanın iştirakı ilə böyük bir müharibənin başlanması risqi var. Rusiyanın dəstəyi ilə hərəkət edən Suriya ordusu, Türkiyənin hücumlarına qarşı çıxan hər bir qrupa dəstək verəcək".