"Prezident Bəşər Əsəd istefa versə, Suriya dövlət kimi dağılacaq". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov Almaniyanın "Spiegel" dərgisinə müsahibəsində bildirib.
"Əsəd indi getsə, Suriya dövlət kimi dağılacaq. Bunu bu gün hətta amerikalılar da bu cür görür", - deyə Rusiya XİN başçısının müavini qeyd edib.