"Alyansımıza üzv olan BAXCP ilə yanaşı, bütün Azərbaycan xalqını dostumuz bilirik". APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Avropa İslahatçılar və Mühafizəkarlar Alyansının prezidenti Yan Zahradil bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan alyans və region üçün vacib ölkədir: "Azərbaycan həm də stabil ölkədir. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan dünyəvilik üçün də yaxşı nümunədir. Biz də Azərbaycan-Avropa əlaqələrinin güclənməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik".
Y. Zahradil bildirib ki, Alyansın Azərbaycanla bağlı məsələlər diqqətlə yanaşdığını da vurğulayıb, buna misal olaraq Avropa Parlamentində bir neçə ay əvvəl Azərbaycanla bağlı qəbul olunan qətnamələri göstərib.